Modern.az

Deputat veteranların əmanətlərinin qaytarılmasını istəyir

Deputat veteranların əmanətlərinin qaytarılmasını istəyir

Parlament

20 Aprel 2010, 14:05

Milli Məclisin bu günkü iclasında çıxış edən deputat Qüdrət Həsənquliyev Azərbaycanda İkinci Dünya Müharibəsi veteranlarının əmanətlərinin qaytarılması təşəbbüsünü irəli sürüb. Modern.az xəbər verir ki, deputatın sözlərinə görə, böyük iqtisadi çətinliklər içində yaşayan Ermənistanda artıq belə bir addım atılıb: “Ermənistan alman faşizmi üzərində qələbənin 65 illiyi münasibətilə veteranlarının əmanətini qaytarmaq haqqında qərar qəbul edib. Orada veteranların sayı 3700-3800 nəfərdir. Bizdə bir qədər çox olar. Mayın 9-na kimi bizim bir neçə iclasımız qalır. İstərdim ki, biz də belə bir qərar qəbul edək”. Q.Həsənquliyev hesab edir ki, bu iş üçün vəsaiti tapmaq olar. Onun fikrincə, parlamentin belə bir qərarı qələbənin 65 illiyi münasibətilə deputatların veteranlara ən böyük töhfəsi olardı.   

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir