Modern.az

Şair Məmməd Aslan: “Bakıya 3 kitabla qayıdacağam“

Şair Məmməd Aslan: “Bakıya 3 kitabla qayıdacağam“

11 Sentyabr 2013, 10:59


Modern.az-
ın orta və yaşlı nəsil qələm adamları arasında keçirdiyi “İndi nə yazırsınız?” rubrikasının budəfəki qonağı şair Məmməd Aslandır.

“İki aya yaxındır ki, Bakıda deyiləm. Havalar sınanda gələcəm ora. İki ayda burda qaçqınların dərdinə güzgü tuta biləcək şeirlər yazmışam. 74-ün içindəyəm, inşallah dekabrdan sonra 75 yaşım tamam olacaq. Əvvəllər eşidirdim ki, “yaş yetmiş – iş bitmiş”. Sonra dedim ki, qoy görüm bu yetmişdən sonra bir şey eləmək olarmı... Gördüm ki, yetmişdən sonra adam cavan oğlan kimi yaza bilərmiş. 150 səhifəlik bir kitab hazırladım. Bir aşıq dostum var, Aşıq Elbrus, o, kompüterdə kitabı yığmağa kömək etdi. “Şair səlahiyyəti” adlı bir kitabdır. Yəni yetmişimdən sonrakı şeirlərimdir.

Ədəbiyyata lirik şeirlərlə gəldim, Bakıya gələndən sonra bir müddət ancaq uşaq şeirləri yazdım. İndi dərsliklərdə xeyli şeirlərim tədris olunur. Dərsliklərdə tədris olunmaq şair üçün çox xoşbəxt bir məqamdır. Sonra mən həmin uşaq şeirlərimi kitab halında bir yerə cəm etmişəm. Bundan əlavə bilirsiniz ki, Azərbaycan televiziyalarının birində “Sözün özü“ adlı proqramım vardı. Sonra həmin veriliş  dayandı. İndi mən bu dağların başında istədim ki, həmin orda dediyim materialları kitab halına salım. Beləliklə, Bakıya 3 kitabla qayıdacağam“.

 

Elmin Nuri

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır