Modern.az

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərinə aid qanun layihəsi hazırlanıb

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərinə aid qanun layihəsi hazırlanıb

Parlament

20 Aprel 2010, 17:48

Modern.az  xəbər verir ki, aprelin 20-də Milli Məclisin İqtisadi siyasət və Sosial siyasət komitələrinin birgə iclası keçirilib.

İlk olaraq «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Qanun layihəsi (üçüncü oxunuş) müzakirə olunub. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə yaradılmış işçi qrupunun ikinci oxunuşdan sonra layihə üzərində iş apardığını diqqətə çatdırıb.

Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Rauf Hacıyev əvvəlki oxunuşlarda deputatlar tərəfindən irəli sürülən təklif və iradların işçi qrup tərəfindən araşdırıldığını və  layihədə bir sıra düzəlişlərin olunduğunu deyıb. Onun sözlərinə görə, qanun layihəsi qüvvəyə mindikdən sonra neft sazişləri üzrə respublikamızda işləyən əcnəbilərə də şamil olunacaq.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev qanun layihəsinin üçüncü oxunuşun tələblərinə cavab verdiyini bildirib.

Maiyyə nazirinin müavini Azər Bayramov deputatların qaldırdığı məsələlərə münasibət bildirib.

Qanun layihəsi müzakirə olunmaq üçün (üçüncü oxunuş) Milli Məclisin plenar iclasına tövsiyə olunub. 

İclasda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, «Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında» Qanunda və «Məlumat toplularının hüquqi qorunması haqqında» Qanunda dəyişikliklər edilməsi barədə» Qanununun tətbiqi ilə əlaqədar «Dövlət rüsumu haqqında» Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi də müzakirə olunub.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı