Modern.az

Erməni işğalı altındakı Arazboyu kəndlərimizə Güneydən baxış (ən yeni fotolar)

Erməni işğalı altındakı Arazboyu kəndlərimizə Güneydən baxış (ən yeni fotolar)

21 Aprel 2010, 11:15

Vaxt vardı Azərbaycanın quzeyindən-Arazboyu sərhəd kəndlərimizdən güneyə baxıb ah çəkirdik. Arazboyu tikanlı məftillər Güney Azərbaycandakı torpaqlarımıza əlimizin-ünümüzün çatmasını əngəlləyirdi. İndi Azərbaycanın Arazboyu quzeydəki obalarına da əlimiz-ünümüz yetmir. Arazın güneyindəki torpaqlarımız farsın, quzeyindəki rayonlarımız erməninin işğalı altındadır. Bu günlərdə Naxçıvandan qayıdan Emil Məmmədli adlı gənc soydaşımız İran ərazisindən keçərkən Azərbaycanın Respublikasının erməni işğalı altındakı Arazboyu obalarının bir hissəsinindən görüntülər lentə ala bilib. Modern.az ermənilərin dağıdıb yandırdıqları, viranə qoduqları kəndlərimizin ən son şəkillərini oxuculara təqdim edir. Bu görüntülər Zəngilan, Cəbrayıl, Füzuli rayonlarının işğal altındakı bəzi Arazboyu kəndlərindəndir. Şəkillərdən görünür ki, ermənilərin mənfur əməlləri sayəsində evlərimizin quruca skleti qalıb.

 

Arazın o tayinda Zəngəzur mahalının Mehri rayonunun girisidi... 

 

Zəngilan rayonunun işğal altındakı kəndi.

 

 

Xudafərin körpüsü yaxınlığında tikilən su anbarı.

 

Xudafərin körpüsünün  uzaqdan görünüşü.

 

 

Arazın o tayında-körpünün yaxınlığında Cəbrayılın dağıdılmış Xudafərin kəndidir.

 

Xudafərin körpüsünün yaxından görünüşü.

 

Cəbrayıl rayonunun  sərhəddəki başqa xaraba kəndi.

 

 

Arazın o tayındakı talanmış obalarımız.

  Şəkillərin müəllifi Emil Məmmədliyə təşəkkür edirik!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir