Modern.az

Səhhəti yaxşılaşan İsa Muğanna bir həftəyə Bakıya qayıdır

Səhhəti yaxşılaşan İsa Muğanna bir həftəyə Bakıya qayıdır

13 Sentyabr 2013, 11:57


Bir müddət səhhətində ciddi problem yaşayan xalq yazıçısı İsa Muğannanın vəziyyəti artıq yaxşılaşıb. Qocaman yazıçı bir həftədən sonra ailəsi ilə bərabər Qazaxdan Bakıya qayıdır. Bu barədə Modern.az-a Yazıçılar Birliyinin Qazax filialının rəhbəri Barat Vüsal məlumat verib.

İ.Muğannaya mütəmadi olaraq baş çəkən B. Vüsal deyib: “Axşam da yanındaydım. Anar müəllim də zəng vurub səhhəti ilə maraqlanıb. Nə kömək lazım olduğunu xəbər aldı. İndi səhhəti yaxşıdır. Bir həftəyə Bakıya qayıdacaq“.

Elmin Nuri

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir