Modern.az

Azərbaycan Ordusunda daha bir itki

Azərbaycan Ordusunda daha bir itki

13 Sentyabr 2013, 12:40

Azərbaycan Ordusu daha bir əsgərini itirib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, hadisə sentyabrın 13-də Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissəsində baş verib.

Hərbi hissənin əsgəri, 1994-cü il təvəllüdlü Əsgərli Anar Dağıstan oğlu tabeliyində olan silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.

Fakt üzrə cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, Anar Əsgərli özünün Facebook sosial şəbəkəsindəki səhifəsinəd hərbi xidmətdə olduğu müddətdə çəkdirdiyi fotoları paylaşmaqla yanaşı ölümündən əvvəl bir status da yazıbmış. “Bəlkə mənim də qismətimdə bir güllə oldu” deyə o bu statusunda qeyd edib...

Allah rəhmət eləsin.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı