Modern.az

Şeyxin qudası qarğış etdi: “Onları Allaha tapşırıram”

Şeyxin qudası qarğış etdi: “Onları Allaha tapşırıram”

13 Sentyabr 2013, 12:59

“Azərbaycanın bu qədər inkişafını görməməzliyə vurmaqmı olar?” Modern.az-ın məlumatına görə, bunu parlamentin Regional məsələlər komitəsinin sentyabrın 13-də keçirilən ilk iclasında deputat Qalib Salahzadə deyib.

Deputat çıxışı zamanı qeyd edib ki, son illər Azərbaycanın sürətli inkişafı göz önündədir və indi kimlərinsə bunu görməməzliyə vurması insafsızlıqdır. O, bu mesajları müxalifətin ünvanına səsləndirib:

“Bu gün Azərbaycanın bütün regionları inkişaf etməkdə, gözəlləşməkdə, abadlaşmaqdadır. Demək olar ki, şəhərlə kəndin fərqi yoxdur. Bakıda olan şərait rayonlarda, kəndlərdə var. Kəndlərdə, rayonlarda olan şərait Bakıda. İndi bunları görməyənlər, uğurlarımızı gözü götürməyənləri Allahın bəlası tutacaq. Mən bunu hacı kimi deyirəm. Onlar Allahın bəlasına gələcək”.

Aytən Əliyeva 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir