Modern.az

YAP-çı deputat Cəmil Həsənlini təriflədi

YAP-çı deputat Cəmil Həsənlini təriflədi

13 Sentyabr 2013, 13:21


“Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlini sanballı alim, publisist, müsbət bir insan kimi dəyərləndirirəm. Ancaq açığını deyim ki, onların ideyalarında, təsəvvür etdiyi istiqamətdə real bir plan və bu planın icrası üçün addım görmürəm”.

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib. O qeyd eidb ki, müxalifətin namizədi ilə indiki iqtidarın namizədi arasında fərq müqayisə olunmayacaq dərəcədə böyükdür.

“Özünüz də görürsünüz ki, cənab prezident nə qədər açılışlarda iştirak edir. Bunlar havayı, boş şeylər deyil, bunlar böyük bir siyasətin uğurudur. Yollar salınır, binalar tikilir, xəstəxanalar tikilir. İclasda deputat həmkarım Fəzail İbrahimli doğrudan da bir məqamı xatırlatdı. Vaxtilə o, Milli Məclisdə çıxışlarının birində demişdi ki, kimin böyrəyində daş varsa, həkimə yox Yardımlıya getsin. Amma indi o daşın düşməsi üçün Yardımlıya getmək lazım deyil. Bölgələrdə yaxşı yollar salınıb. Ümumiyylə, Azərbaycanın inkişafını heç kim inkar edə bilməz. Bu inkişafın aparıcısı da məhz İlham Əliyevdir. Bunu insanlar da başa düşür və hesab edirəm ki, düz də edirlər”.

Aytən ƏLİYEVA

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?