Modern.az

Deputat: “Bəzi nazirliklər bələdiyyələrlə bağlı məsələyə müqavimət göstərdilər”

Deputat: “Bəzi nazirliklər bələdiyyələrlə bağlı məsələyə müqavimət göstərdilər”

13 Sentyabr 2013, 13:43

“Bələdiyyələrin fəaliyyətində nöqsanlar çoxdur”. Modern.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə səsləndirib. O, deyib ki, bələdiyyələrə əlavə səlahiyyətlər verilməlidir.

“Bələdiyyələrin səlahiyyətləri artırılıb. Lakin onların işindəki nöqsanların aradan qaldırılması üçün bələdiyyələrin səlahiyyətlərini bir qədər də artırmaq lazımdır. Hesab edirəm ki, məişət tullantıları ilə bağlı məsələləri bələdiyyələrin səlahiyyəıtinə vermək lazımdır. Bunun üçün isə onların büdcələri artırılmalıdır ki, fəaliyyətləri daha da genişlənsin” deyə komitə sədri vurğulayıb.

Millət vəkili Arif Rəhimzadə bildirib ki, Milli Məclisin yaz sessiyasında bələdiyyə torpaqlarının mövsümü icarəyə verilməsi məsələsi öz həllini tapmayıb.
“Bununla bağlı müqavimətlər oldu. Aiddiyyatı nazirliklər bu məsələyə etiraz edirlər. Biz indi aidiyyatı nazirliklərlə işləyirik və iş davam etdirilir. Güman edirəm ki, biz məsələni yerindən tərpədə biləcəyik”.

Aytən Əliyeva 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi