Modern.az

Minsk Qrupunun yeni həmsədri separatçı rejimlə Qarabağ münaqişəsini müzakirə edib

Minsk Qrupunun yeni həmsədri separatçı rejimlə Qarabağ münaqişəsini müzakirə edib

13 Sentyabr 2013, 14:45


ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyanla görüşüb. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, qondarma qurumun “prezidenti” C.Uorliki yeni vəzifəyə təyin olunması münasibəti ilə təbrik edib. Görüşdə Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunub. Eyni zamanda konfliktin sülh yolu ilə nizamlanmasının vacibliyi də vurğulanıb.

B. Saakyan rəsmi Bakını Qarabağ problemi ilə bağlı ittiham edib və amerikalı həmsədri həyasızcasına irəli sürdüyü arqumentə diqqətlə yanaşmağa çağırıb.  

Aqşin Kərimov
 
Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir