Modern.az

Cəmil Həsənlinin gənclik FOTOSU

Cəmil Həsənlinin gənclik FOTOSU

13 Sentyabr 2013, 15:45

Modern.az saytı bu il 7 iyun 2013-cü il tarixində yaradılan Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi Cəmil Həsənlinin gənclik şəklini əldə edib. C.Həsənlinin Modern.az-a bildirdiyinə görə, onun özündə uşaqlıq şəkilləri yoxdur. Namizədin şəklini təqdim edirik.

Cəmil Poladxan oğlu Həsənli 1952-ci il yanvarın 15-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Tarix elmləri doktoru, professordur. Amerika Orta Şərq Araşdırmaları Cəmiyyətinin üzvüdür. 10 monoqrafiyanın və 100-dən çox elmi məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir. 1975-ci ildən Cəlilabad rayonunun Təzəkənd orta məktəbində müəllim işləyib. 1994-cü ildən Bakı Dövlət Universitetinin professorudur. İkinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Evlidir, iki qızı, bir oğlu var.
Mərkəzi Seçki Komissiyası Cəmil Həsənlini sentyabrın 12-də Milli Şuranın prezidentliyə namizədi kimi qeydə alıb.

Modern.az    
Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?