Modern.az

Vaqif Səmədoğlu xəstəliyi barədə danışmaq istəmir

Vaqif Səmədoğlu xəstəliyi barədə danışmaq istəmir

13 Sentyabr 2013, 15:51

Xalq şairi Vaqif Səmədoğlunun müalicəsi davam edir. Qan təzyiqi və şəkər xəstəliyindən əziyyət çəkən şair hələ də həkim nəzarəti altındadır.

Modern.az
xalq şairi ilə əlaqə saxlamağa çalışıb. Səhhəti barədə Vaqif Səmədoğlunun özü ilə danışa bilməsək də, həyat yoldaşı Nüşabə xanım faktı dəqiqləşdirib: “Bəli, Vaqif müəllim hələ də müalicə olunur. Özü bu barədə danışmaq istəmir. Amma müalicə altındadır”.

Qeyd edək ki, qan təzyiqi və şəkərdən əziyyət çəkən şair bir müddət əvvəl Moskvada həkim müayinəsindən keçib.

 

Elmin Nuri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?