Modern.az

Prezident Arif Məlikova ad günündə “Heydər Əliyev” ordeni verdi

Prezident Arif Məlikova ad günündə “Heydər Əliyev” ordeni verdi

Təhsil

13 Sentyabr 2013, 15:57

Prezident İlham Əliyev sentyabrın 13-də xalq artisti, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Arif Məlikova “Heydər Əliyev” ordeni təqdim edib.
Modern.az saytının məlumatına görə, orden A.Məlikova Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə təqdim olunub. 

Qeyd edək ki, 13 sentyabr tarixi Arif Məlikovun ad günüdür.

A.Məlikov 1933-cü il sentyabrın 13-də Bakıda anadan olub.

1958-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq sinfi üzrə bitirib.

1965-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi adına layiq görülüb. 1971-ci ildə «Şərəf Nişanı» Ordeni ilə təltif olunub. 1978-ci ildə isə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. 1979-cu il – professor adı al;b/

1982-ci ildən Azərbaycan Dovlət Konservatoriyasında bəstəkarlıq kafedrasının müdiri işləyir.

1986-cı ildən Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı 1986-cı ildə SSRİ xalq artisti adına layiq görülüb. 1998-ci ildə "İstiqlal" ordeniilə təltif olunub.

2001-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdir. Xəzər universitetinin fəxri doktorudur (2012).

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!