Modern.az

Putindən “müharibə” BƏYANATI: “Real hərbi əməliyyat təhlükəsi yaranıb”

Putindən “müharibə” BƏYANATI: “Real hərbi əməliyyat təhlükəsi yaranıb”

13 Sentyabr 2013, 16:37

“Şanxay Əməkdaşlıq Təşkilatının sərhədləri yaxınlığında BMT-nin sanksiyası olmadan suveren dövlətə qarşı real hərbi əməliyyatların başlanması təhlükəsi yaranıb”. Modern.az bildirir ki, bu bəyanatla Qırğızstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində çıxış edən Rusiya prezidenti Vladimir Putin çıxış edib.

Suriya ilə bağlı böhranı nəzərdə tutan Putinin sözlərinə görə, bu problem dünyada sülhə və təhlükəsizliyə ciddi təhlükə yaradıb.

“Bu həm də bizim təhlükəsizliyimiz üçün ciddi təhlükədir. Bu fonda bizim üçün ilk olaraq təşkilatdaxili əməkdaşlığı daha da gücləndirmək zəruri məsələyə çevrilib. Biz hesab edirik ki, BMT TŞ-nın sanksiyası olmadan xaricdən Suriyaya müdaxilə yolverilməzdir”-deyə Putin bəyanatında vurğulayıb.

Şanxay Əməkdaşlıq Təşkilatının iclasında Çin,Qazaxstan, Özbəkistan, Tacikstan, Rusiya, Qırğızstanın dövlət başçıları, o cümlədən bu təşkilatda müşahidəçi qismində iştirak edən İran, Əfqanıstan, Monqolustan prezidentləri iştirak edir.

X. SƏFƏROĞLU 

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi