Modern.az

Onlardan biri Azərbaycanın prezidenti olacaq – TAM SİYAHI

Onlardan biri Azərbaycanın prezidenti olacaq – TAM SİYAHI

13 Sentyabr 2013, 16:50


Azərbaycanda keçiriləcək prezident seçkilərində iştirak edəcək namizədlərin tam siyahısı bəlli oldu. Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında sonuncu olaraq Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun prezidentliyə namizədliyi qeydə alındı.  Bununla da qeydə alınan namizədlərin sayı 10 olub.

Modern.az prezidentliyə namizədlərin siyahısını təqdim edir:

Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev,

Ümid Partiyası tərəfindən namizədliyi irəli sürülmüş partiyanın sədri İqbal Ağazadə,

Millət vəkili Zahid Oruc,

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev,

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev,

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə,

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev,

Milli Şuranın namizədi Cəmil Həsənli

Ədalət Partiyasının sədri İlyas İsmayılov

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu

Qeyd edək ki, 22 nəfər prezidentliyə namizədliklərinin təsdiq olunması üçün seçki sənədlərini MSK-ya təqdim etmişdi. Onlardan bir nəfərinin namizədliyinin təsdiq olunmasından imtina edilib, digər 21 nəfərin isə prezidentliyə namizədliyi təsdiq olunub.
14 namizəd namizədliklərinin qeydə alınması üçün imza vərəqələrini və digər zəruri sənədləri MSK-ya qaytarıb, digər 7 nəfər isə sənədləri MSK-ya qaytarmayıb.

Prezident seçkiləri 9 oktyabr tarixində keçiriləcək.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır