Modern.az

Macarıstan və Azərbaycan gəncləri arasında əməkdaşlıq

Macarıstan və Azərbaycan gəncləri arasında  əməkdaşlıq

21 Aprel 2010, 13:07

Macarıstanın “Egyesek” Təşkilatının dəvəti ilə Gənclər üçün Təhsil Mərkəzinin nümayəndə heyəti bu gün Budapeşt şəhərinə rəsmi səfərə gedib. Əsas məqsədi Azərbaycan və Macarıstan gənclər təşkilatları arasında əlaqələri inkişaf etdirmək, birgə əməkdaşlıq proqramları hazırlamaq, eləcə də “Davamlılıq inkişafda” beynəlxalq seminarında iştirak etmək olan səfər proqramı 12 gün davam edəcək.

Mərkəzdən Modern.az-a verilən məlumata görə, səfər proqramı çərçivəsində Macarıstanın bir sıra gənclər təşkilatları ilə görüşlər keçiriləcək, müzakirələr aparılacaq və 20-dən artıq ölkənin gənclər təşkilatının qatıldığı beynəlxalq seminar keçiriləcək.

Proqram çərçivəsində Azərbaycan həqiqətlərinin, eləcə də tarixi və mədəniyyətinin təqdim olunması məqsədilə “Azərbaycan günü” də keçiriləcək. Səfərdə Gənclər üçün Təhsil Mərkəzinin direktor müavinləri Elnur Axundov və Günay Sadıxova, beynəlxalq əlaqələr bölməsinin əməkdaşları Ayxan Zahidov və Nurlan Əhmədov  iştirak edirlər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir