Modern.az

REAL hərəkatı Cəmil Həsənlini dəstəkləyəcək - AÇIQLAMA

REAL hərəkatı Cəmil Həsənlini dəstəkləyəcək - AÇIQLAMA

Təhsil

13 Sentyabr 2013, 17:31


REAL hərəkatı prezident seçkisində Milli Şuranın namizədi Cəmil Həsənlini dəstəkləyəcək. Qurumun İdarə Heyətinin üzvü Natiq Cəfərli “Media forum” saytına belə deyib. O bildirib ki, prezident seçkisindən kənarda qalmayacaqlar: “REAL hərəkatının dostu, çox hörmətli Cəmil Həsənlini dəstəkləyəcək, onun qələbəsi üçün əlimizdən gələn köməyi əsirgəməyəcəyik”.

Mərkəzi Seçki Komissiyasının REAL-ın lideri, məhbus İlqar Məmmədovu qeydiyyata almamasına münasibət bildirən Natiq Cəfərli deyib ki, qərardan məhkəməyə şikayət verəcəklər: “İlqar Məmmədovun qeydiyyata alınmaması bizim üçün gözlənilməz olmadı. Belə bir qərar olacağını ehtimal edirdik. Çünki hakimiyyət REAL hərəkatını, İlqar Məmmədovu, yeni qüvvələri seçkiyə buraxmaq istəmir. Əgər yeni nəsil siyasətçiləri, o cümlədən İlqar Məmmədovu seçkiyə buraxsaydılar, seçkiyə maraq xeyli artardı. Hakimiyyət isə bunu istəmir”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır