Modern.az

TRT-də Azərbaycanla bağlı verilişlər yayımlanacaq

TRT-də Azərbaycanla bağlı verilişlər yayımlanacaq

Təhsil

13 Sentyabr 2013, 17:57

Bakının azad edilməsinin 95-ci ildönümü TRT-nin bir çox kanallarında hazırlanan proqram və xəbərlərlə işıqlandırılacaq. TRT kanal olaraq 1918 ildə Türk və Azərbaycan əsgərlərin birgə yazdığı qəhrəmanlıq dastanını Türkiyə başda olmaqla bütün dünyaya çatdıracaq.

TRT Bakı Təmsiçiliyi Yüksəl Değercan Modern.az saytına bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin ərazi bötövlüyünün təmin edilməsi və inkişafı istiqamətində misilsiz xidmətlər göstərmiş, rus və erməni işğalına qarşı azadlıq mübarizəsində fəal şəkildə iştirak edən, qəhrəman Osmanlı sərkərdəsi Nuru Paşa rəhbərliyində Bakını bolşevik və erməni daşnak zülmündən xilas edən Qafqaz İslam Ordusuna həsr etdiyi “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” adlı iki sənədli film hazırlayıb.

Filmlərdən birində 1918-ci lldə Nuru Paşa rəhbərliyində, Bakını azad etmək üçün gələn Türk əsgərlərin nəvələri öz babaları haqqında söylədikləri həqiqətlər yer alıb.

Y.Değercanın sözlərinə görə, Osmanlı ordusu cəbhənin 10 istiqamətində vuruşmasına baxmayaraq, ən çətin anda belə Azərbaycanın müstəqilliyini düşünərək qardaş köməyinə gəlmiş və iki ölkə arasındakı dostluğun, qardaşlığın nə qədər vacib olduğunu bu əməli ilə bir daha sübut etmişdir.

TRT Bakı Təmsiciliyi tərəfindən hazırlanan filmlər Türkiyənin Bakıdakı səfirliyi, Yunis Əmrə Mədəniyyət Mərkəzi və ADA (Azərbaycan Diplomatik Akademiyası) tərəfindən təşkil olunacaq konfransdan sonra sentyabr 20-də, saat 10.30-da Azərbaycanın KİV-ə və bəzi universitetlərin tələbələrinə təqdim olunacaq. Sənədli filmlərden biri sentyabrın 15-də, Bakı vaxtı ilə saat 16:30-da TRT “AVAZ” və TRT “Haber” kanalında yayımlanacaq. Diğər sənədli film isə sentyabrın 17-də, Bakı vaxtı ilə saat 12.45 “Qafqazlardan Əsən Yellər” programında təqdim olunacaq. 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!