Modern.az

Milli Şura rəhbərliyi Britaniya Xarici İşlər Nazirliyində görüş keçirib - FOTOLAR

Milli Şura rəhbərliyi Britaniya Xarici İşlər Nazirliyində görüş keçirib - FOTOLAR

Təhsil

13 Sentyabr 2013, 21:21


Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli və İcra Aparatının rəhbəri Eldar Namazovun London səfəri  davam edir. Modern.az-ın məlumatına görə, səfər çərçivəsində Milli Şura rəhbərliyi Britaniya Xarici İşlər Nazirliyində görüş keçiriblər.

Milli Şuranın London təmsilçisi Murad Həsənlinin sözlərinə görə, görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət, qarşıdan gələn prezident seçkiləri müzakirə edilib.

Murad Həsənli həmçinin bildirib ki, Cəmil Həsənli REAL hərəkatının lideri İlqar Məmmədovun prezidentliyə namizədliyinin qeydə alınmamasına təəssüf etdiyini deyib.


Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar