Modern.az

Azərbaycanda nadir hadisə - məhkəmə narkotiklə bağlı BƏRAƏT hökmü çıxardı

Azərbaycanda nadir hadisə - məhkəmə narkotiklə bağlı  BƏRAƏT hökmü çıxardı

14 Sentyabr 2013, 09:49

Şəki rayon məhkəməsində üzrə hakim Kamran Süleymanov AR CM-nin 234.1-ci ( Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama ) maddəsi ilə təsdiqləndirilən Əhmədov Tərlan Abduləvvəl oğlunun işinə dair bətaət hökmü çıxarıb.

12 sentyabr 2013-cü il tarixdə çıxarılan hökm barədə Modern.az-a təqsirləndirilən şəxsin  müdafiəsini həyata keçirmiş vəkil Elmar Süleymanov məlumat verib.

”Azərbaycan üçün nadir sayıla biləcək bu bəraət hökmünü çıxaran məhkəmə həmin cinayət işi üzrə ibtidai istintaqı aparmış Şəki şəhər Polis Şöbəsinin İstintaq Bölməsinin çoxsaylı kobud qanun pozuntularını və və Şəki rayon prokurorluğunun bu pozuntulara gözyummasını nəzərə alıb”-deyə vəkil qeyd edib:
 
”Nəticədə polis əməkdaşları tərəfindən əsassız olaraq ( T.Əhmədovun bildirdiyinə görə narkotik vasitə onun cibinə polislər tərəfindən qoyulubmuş) cinayət məsuliyyətinə sürüklənən T.Əhmədovun bəraət alaraq ədalətin bərqərar olmasının canlı şahidi və iştirakçısı olduq”.
 
Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!