Modern.az

Mədəniyyət Nazirliyindən Şahbaz Xuduoğluna tövsiyə: “İşi qurmağı öyrənin”

Mədəniyyət Nazirliyindən Şahbaz Xuduoğluna tövsiyə: “İşi qurmağı öyrənin”

14 Sentyabr 2013, 10:14


“Dünyanın heç bir ölkəsində dövlət təşkilatları kitab satışı ilə məşğul olmur”. Bunu Modern.az-a açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Zöhrə Əliyeva deyib. O, “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlunun dediklərinə münasibət bildirərkən qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyi hər il iki dəfə kitab satışı müsabiqəsi təşkil edir.
“Digər tərəfdən, hər bir kitabxananın özünün fondunu zənginləşdirmək imkanı var”-deyən Z. Əliyeva vurğulayıb ki, sadəcə olaraq kitabxanalarla iş görmək lazımdır.

“Nəşriyyatlar satış prosesi təşkil etməli, özləri bu işlə məşğul olmalı və kitabxanalara öz kitablarını təklif edə bilərlər. Bundan başqa, kitabxana kollektoru var. Bütün ölkənin kitabxanalarını Mədəniyyət və Turizm Nazirliyi kitabla təmin edə bilməz”.

Xatırladaq ki, “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu kitab satışının səviyyəsini yüksəltməyin yolunun Mədəniyyət və Turizm Nazirliyinə təsir etməkdən keçdiyini bildirib.

Namidə BİNGÖL

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!