Modern.az

“Televiziyaları abıra salmaq lazımdır"

“Televiziyaları abıra salmaq lazımdır"

21 Aprel 2010, 14:37

 


Bu gün Milli Televiziya və Radio Şurasının inzibati binasında "Elektron media: Dövlət tənzimlənməsi və ictimai nəzarət" mövzusunda elmi-nəzəri konfrans keçirilib. Konfransada Prezident Administrasiyasından, Milli Məclisdən, jurnalist birliklərindən, QHT-lərdən olan nümayəndələr iştirak edib.
Modern.az-ın məlumatına görə, Prezident Administrasiyasının İctimai-Siyasi Məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, teleradio efirini daim diqqətdə saxlamaq gərəkdir: “İctimai həyatda televizya və radionun rolu danılmazdır. Ümumiyyətlə, tv-lərə  ictimai nəzarət olmalıdır. Təəssüf ki, bazar iqtidadiyyatı olduğundan bunu etmək olmək olmur. Verilişlər cəmiyyətin maraqları ilə üst-üstə düşmür. Televiziya elə bir insitutdur ki, o bütün ailələrin həyatına daxil olur. Televiziyalar mili mənəvi dəyər daşıyıcısı olmalıdır.”  

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov qeyd edib ki,əsas məqsəd televiziyaların mövcud vəziyyətini yaxşılaşdırmaqdan ibarətdir: “Televiziya məkanında olan vəziyyət narahatedicidir.  Verilişlərin keyfiyyət göstəricisi çox aşağıdır. Dövlət büdcəsindən maliyyələşən televiziyalarda elə bir  problemlər yoxdur. Fevral, mart ayı üçün apardığımız monitorinqin nəticələrinə görə özəl televizyalarda durum qənaətbəxş deyil. Verilişlərin bayağı, şit olması bizi narahat edir. Hazırda televiziyalarda savadsızlıq təbliğ olunur. Aparıcıların səhnə, nitq mədəniyyəti çox aşağıdır. Telelviziyalarda milli mənəvi dəyərlərimiz təbliğ olunmalıdır. Efiri doldurmaq xatirinə erotik filmləri gündüzlər də verirlər”.
Nuşirəvan Məhərrəmov tv-lərdə yayımların bəzən Azərbyacan dilinə tərcümə olunmayan filmlərin yayımlandığını da qeyd edib. “Təəssüf ki, bəzi özəl kanalllarımız xarici dildə olan filmləri subtitr vasitəsilə verməyə çalışırlar. Biz bu məsələdə heç kimə güzəştə gedə bilmərik. Sevindirici haldır ki, artıq televiziyaılarla məhkəmə çəkişmələri yox dərəcəsindədir. Həmçinin qaçan sətirlərdə əvvəllər etikaya uyğun olmayan sözlər, görüşlər yazılırdı. Bununla bağlı bizə çox şikayətlər gəlmişdi. Demək olar ki, artıq bunlar yığışdırılıb. İnzibati Xətalar Məcəlləsində müəyyən dəyişiklər edilib. Əvvələr qanunları pozan telekanallar 200-300 manat cərimələnirdirsə, ancaq 2009-cu ildən bu cərimə 2000 manata qədər artırılıb. Biz istəyirik ki, problemlər inzibati yolla deyil, qarşılıqlı mübasibətlər əsasında həll edilsin”.
Nuşirəvan Məhərrəmov onu da əlavə edib ki, kanallar öz üzərinə düşəni etmirlər. “Biz də məcburuq ki, əlavə mədəniyət kanalı yaradaq. Bir təəssüfedici məqam da odur ki, yerli cizgi filmlərimiz göstərilmir. Uşaqlarımız xarici ruhda tərbiyə olunur. Hər televiziya bir cizgi filmi çəkməyi öhdəsinə götürsə, bu sahədə xeyli irəliləyiş olar. Kino sahəsində də vəziyyət ürək açan deyil. Dövlət vəsait ayırıb ki, ildə 8 film çəkilsin. 5 ildə 40 film çəkilib. Ancaq biz bunları televizya məkanında görmürük. Əvvəlcə, yerli əhaliyə göstərilsin, sonra xaricə ölkələrdə nümayiş olunsun”.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov hesab edir ki, cəmiyyətin maarifləndiriici proqramlara ehtiyacı var. “Televizyanı təsadüfi adamlardan təmizləməliyik. Verilişlərdə nəyi göstəririksə, dünya da bizi o qiyafədə görür. Ancaq reallıq belə deyil axı. İctimai nəzarət çox mühüm faktor olmalıdır.Televiziyalar proqram siyasətində ictimai maraqları əsas götürməlidirlər. Auditoriya ilə hesablaşmalıdırlar”.  

Millət vəkili Fazil Qəzənfəroğlu isə bildirib ki,  televiziya və radio nə qədər özəl mülkiyyət olursa olsun ona çörək mağazası kimi baxmaq olmaz. “İctimai mexanizm dəqiqi olmalıdır ki, neqativ hallar mövcud olmasın.Televiziyalarda teledebatların keçirilməsi çox vacibdir. Televiziyaları bütün günü intellektual verlişlərlə doldursan bu tamaşaçını yora bilər. Azərbaycanda ixtisaslaşmış televiziyalar olmadığından bütün yük digərlərin üzərinə düşür”.  

Milət vəkili Qənirə Paşayeva da televiziyaların mövcud durumdan narahatdır: “İnsanların daha çox zamanı televiziya qarşısında keçir. Bu bir reallıqdır. Biz cəmiyyətə nə veririksə, cəmiyyətdə onu bizə qaytarır. Televiziyalar bir milləti məhv edəcək gücə malikdir. Bütün günü tv-lərdə yemək bişirmək, çal-çağır baş alıb gedir. Bu da olmalıdır, ancaq hər şeyin bir həddi var. Aparıcıların danışıqlarına fikir versəniz onların işlədiyi sözləri heç küçədə də işlətmirlər. Regionlara atmaca atırlar. Bu da o insanların xetrinə dəyir. Şou verilişlərin sayını azalsaq, gənclərimiz daha yaxşı tərbiyə olunar”.
Qənirə Paşayeva bildirib ki, tv-lərdə sosial roliklər yox dərəcəsindir. “Bu roliklər efirlərdə pulsuz yerləşdirilməlidir. Milli qəhrəmanlarımız, Qarabağla bağlı verilişlərə daha çox yer ayırmalıyıq. Hərbi vətənpərvərlik proqramları hazırlanmalıdır. Səhiyyə ilə bağlı verilişlər də  olmalıdır, maarifləndirmə aparılmalıdır”.  

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz vurğulayıb ki, internetə necə ki, sayğaclar qoyulur bu sayğaclar televizyalara da qoyulmalıdır. “Hazırda cəmiyyətin ciddi oturuşmuş monitorinqlərə çox ehtiyacı var. Azərbaycanda regional televiziyalar çox azdır. Bir balaca Gürcüstanda 29 televizya mövcuddur. Reginal radiolar yoxdur. Bunu yaratmağa nə var ki. Bəlkə də bu sahədə bir inhisarçılıq var. İndi də internet televiziyalarından lisenziya tələb edilməsi fikri ortaya çıxıb. İnternet tv-nin nəyini lisenziyalaşdıracaqlar ki. Bunun ki, tezliyi yoxdur. Bu Azərbaycana şərəf gətirməyəcək”.  

Əli Həsənov da regional televiziyaların sayının artırılmasına fikir bildirib. O qeyd edib ki, regional televiziya özünü saxlaya bilmirsə, onun yaranmasına niyə imkan yaradılmalıdır. “Bu bizə lazım deyil. Regional televiziyalarda bütün günü toy, vəzifəli şəxslərin ad günü verilir. Heç bu televiziyaları bir abıra sala bilmirik”.   Telejurnalist Qulu Məhərəmmli isə deyib ki, cizgi filmlərin çəkilməsi maddi vəsait tələb edir. “Özəl televiziyaların cizgi filmləri çəkməyə  imkanı yoxdur. Bunu dövlət büdcəsindən maliyyələşən televiziyalar edə bilər”.

Təhminə Paşayeva  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi