Modern.az

Mətbuatımızda Avropa ilə əlaqələr mövzusu genişlənir

Mətbuatımızda Avropa ilə əlaqələr mövzusu genişlənir

Qarabağ

21 Aprel 2010, 17:44

“Ortaq Dəyərlər” İctimai Birliyinin Avropa-Azərbaycan əlaqələri mövzusunda mətbuatda apadığı monitorinq başa çatıb. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun birgə maliyyə dəstəyi ilə həyata keçirilən  “Avropa və Azərbaycanın ortaq dəyərlərinin öyrənilməsinin vəkilliyi” layihəsi çərçivəsində  bu ilin yanvar, fevral və mart aylarında gündəlik nəşr olunan beş gündəlik qəzetdə (“Olaylar”, “Yeni Azərbaycan”,

“Yeni Musavat”, “Azadlıq”, “Ekspress”) monitorinq aparılıb. Monitorinqin nəticələri mətbuatda dərc olunub. 

Mart ayında aparılan monitorinqin nəticələri göstərir ki, əvvəlki iki aydan fərqli olaraq bu ayda Azərbaycan mətbuatında Avropa-Azərbaycan əlaqələri mövzusuna diqqət artib. Belə ki, martda ölkədə 10-12 gün qeyri-iş günü olmasına baxmayaraq Avropa-Azərbaycan əlaqələri ilə bağlı beş gündəlik qəzetdə ümumilikdə 20 yazı dərc olunub. Bunlardan 16-ı xəbər-yazı, 2-i məqalə, 2- isə müsahibədir.     

Modern.az

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir