Modern.az

Aşıq Əhliman: “Toylarda mənim gözəlləmələrim dəbdədir”

Aşıq Əhliman: “Toylarda mənim gözəlləmələrim dəbdədir”

İqtisadiyyat

17 Sentyabr 2013, 10:23


Aşıq sənətinin bir qolu saz ifaçılığı, digəri söz yaradıcılığıdır. Təkcə mahir ifaçılıqları ilə deyil, həm də Azərbaycanın yazılı ədəbiyyatına töhfələrini vermiş aşıq Qurbani, Aşıq Abbas Tufarqanlı, Aşıq Valeh və Aşıq Ələsgərin qoşma, müxəmməs, ustadnamə, qıfılbənd, təcnis kimi bu gün də geniş istifadə olunur. Bəs müasir aşıqlar söz yaradıcılığında onlar qədər məhsuldardırmı? Yoxsa elə sələflərinin boxçasından söz “oğulayırlar”?

Modern.az-a açıqlamasında Aşıq Əhliman bildirib ki, artıq on üç ildir ki, Mədəniyyət və İncəsənət Universitetində aşıq sənəti tədris olunur. Artıq “Aşıq sənəti” kafedrası da fəaliyət göstərir.

“Mənim gözəlləmələrim hazırda Azərbaycanda çox dəbdədir. Bundan başqa, mərhum Aşıq Hüseyn Cavanın “Sevgilimsən maral kimi”, Aşıq Pənahın “Yenə tovuz kimisən, nə gözəl bəzənmisən” dillər əzbəridir. “Kəndimiz”, “Bala Nərgiz”, “Al da birdi, şal da birdi”, “Şınıx təranələri” və s. aşıq yaradıcılığı məhsulları indi el şənliklərində daim ifa olunur”.

Elmin Nuri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir