Modern.az

“Qobustan”a lap Anarı da gətirsələr...”

“Qobustan”a lap Anarı da gətirsələr...”

Ədəbi̇yyat

18 Sentyabr 2013, 10:07


Yazıçılar Birliyi təsisçisi olduğu “Qobustan” jurnalına yeni baş redaktor təyin edib.  Bu yaxınlarda dünyasını dəyişmiş mərhum Ələkbər Salahzadədən sonra qocaman yazar Vaqif Əlixanlı jurnala baş redaktor seçilib. Qeyd edək ki, jurnalın mərhum Ələkbər Salahzadədən əvvəlki baş redaktorları xalq  yazıçısı Anar və xalq şairi Fikrət Qoca olub. Taleyini demək olar ki, “Qobustan” jurnalı ilə bağlayan şair- publisist Tofiq Abdin jurnalın fəaliyyəti və baş redaktor seçimi ilə əlaqədar Modern.az-a açıqlama verib:

“O jurnalın səhifələrində uzun müddətdir ki, nəyin çap olunmasından xəbərsizəm. Son qurultaydan sonra mən ordan ayrıldım. Yalnız “525-ci qəzet”in səhifələrində jurnalda nə yazıldığından xəbərdar olurdum. Bu yaxınlarda jurnalla bağlı mənə sual verdilər. İndiki vəziyyətdə “Qobustan” jurnalının yenidən 70-80-ci illərə qayıtması çox çətin məsələdir. Hətta böyük yazarımız Anar müəllimi təzədən gətirib “Qobustan” jurnalına baş redaktor qoysanız da,  onu o illərə qaytarmaq çətindir. Amma indi yeni baş redaktor Vaqif  Əlixanlı gəlib, o da bizə çox yaxın adamdı. Jurnal yaranandan 1993-cü ilə kimi orda işləmişəm.  Amma mənim istəyim,  fikrim o idi ki, orda baş redaktor müavini var - Maarif Soltan,  baş redaktor o, olmalı idi. İndi katiblik , rəhbərlik düşünüblər, daşınıblar Vaqif Əixanlını gətiriblərsə,  Allah yolunu açıq etsin.  O qamlaqallı qurultaydan sonra mənə indi baş redaktoruğu təklif etsəydilər belə mən getməzdim”.    

Elmin Nuri
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır