Modern.az

Çingiz Abdullayev: “PEN Klub artıq Əkrəm Əylislini unudub”

Çingiz Abdullayev: “PEN Klub artıq Əkrəm Əylislini unudub”

18 Sentyabr 2013, 17:14


“PEN Klubun beynəlxalq konqresində iştirak etmək imkanımız olmayıb”. Bunu Modern.az-a PEN Klub-un Azərbaycan üzrə rəhbəri, yazıçı Çingiz Abdullayev deyib.

Qeyd edək ki, yazıçıların 79-cu konqresi İslandiya paytaxtı Rekyavik şəhərində keçirilib.

C.Adullayevin sözlərinə görə, o, tədbirdə qiyabi şəkildə “Skype”la qatılıb. “Azərbaycanla bağlı iki təklif səsləndirdim. İki təklifdən biri qəbul edildi. Belə ki, ilk dəfə “LitRes”də (elektron kitab mağazası – red.) Azərbaycan yazıçılarının kitabları doğma dillərində yerləşdiriləcək.

““Litress”də Azərbaycan kitablarının yerləşdirilməsi böyük uğurdur. Çünki nə Ukrayna, nə qazax, nə özbək dilində bu imkan var. İkinci mühüm məsələ tərcümələr idi. Biz PEN Klub-dan xahiş etdik ki, bəzi tərcümələri qeydiyyatdan keçirəndə onlara orijinal variantlara baxmağa icazə verilsin. Çünki Azərbaycanda Norveç, yaxud fin dillərindən tərcümə etmə imkanı yoxdur. Cəmi bir nəfər – Tahirə Cəfərova bunu bacarır, amma o da Finlandiyada yaşayır. Bu məsələ hələ də mübahisəli olaraq qalır. Çünki əsəri ikinci dildən tərcümə edərkən məzmunun itmək təhlükəsi var. Həm bu məsələ müəllif hüquqları ilə sıx bağlıdır”, – deyə Çingiz Abdullayev bildirib.

Bir müddət ölkədə “Daş yuxular” əsəri ilə ajiotaj yaradan Əkrəm Əylisli ilə bağlı PEN Klub-da heç bir müzakirə olmayıb. Çingiz Abdullayev bildirib ki, konqresdə bu məsələnin üzərindən sükutla keçiblər. “Əkrəm Əylisini ən çox Rusiya PEN Klub-uu və yazıçı Boris Akunin dəstəkləyirdi. Mən onlara cavab verdikdən sonra rus yazıçıları bu məsələnin üstünə daha gəlmədilər”.

 

Gültəkin ƏLƏSGƏR

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır