Modern.az

Yazarlarımız hansı xarici ədəbi dərgiləri izləyir? - SORĞU

Yazarlarımız hansı xarici ədəbi dərgiləri izləyir? - SORĞU

Ədəbi̇yyat

19 Sentyabr 2013, 10:55

XXI əsrdə qəzet və dərgilər – kağız mətbuat öz missiyasını əvvəlki kimi yerinə yetirə bilmir. İnternet media oxucu kütləsinin böyük hissəsini öz tərəfinə çəkib. Belə olan halda Azərbaycan yazarları hansı xarici ədəbi mənbələrdən istifadə edirlər?

Yazıçı-tərcüməçi Yaşar Modern.az-a açıqlamasında daha çox əcnəbi internet dərgilərdən faydalanır: “Qardaşım Ramiz Rövşən 1968-ci ildən sovet vaxtında çıxan ədəbi jurnal, qəzetlərin demək olar ki, hamısına abuna yazılmışdı. Onda yeniyetmə idim.  “Novıy mir”, “Literaturnaya ucyoba”, “Drujba narodov”, “Maladaya qvardiya”, “İnostronnaya literatura” jurnalları evə gəlirdi. Onların hamısını oxuyurdum. İndi daha çox rus ədəbi portallarını oxuyuram. Ruslardan həmişə baxdığım lenta.ru və lib.ru saytlarıdı. Lib.ru-da dünya ədəbiyyatı çox geniş əks olunub.

Yazıçılar Birliyinin Güney ədəbiyyatı şöbəsinin rəhbəri Sayman Aruz da mütaliəsində daha çox  elektron dərgilərdən yararlandığını bildirib:
“Daha çox Türkiyənin ədəbi portallarını və ayrı-ayrı  məşhur yazarların bloqlarını mütəmadi olaraq izləyirəm. Hər gün baxdığım saytlar arasında İran saytları da var ki, ordan da fars və Azərbaycan ədəbiyyatı barədə oxuyuram. Amerikanın bir çox ingilis dilli portallarının da izləyicisiyəm. Bu situasiyada dil bilgisi çox vacibdir. Məsələn, fransız dilini bilsəydim, Fransanın da ədəbi portallarını oxuyardım”.

Rüfət Əhmədzadə davamlı şəkildə hansısa ədəbiyyat dərgisinin oxucusu deyil. “Adətən kimsə sosial şəbəkələrdə  paylaşım edəndə, yaxud da hansısa mövzuda oxumaq istəyəndə axtarışa verib tapıram. Türkiyə və Rusiyanın müxtəlif saytlarını oxuyuram. Ən çox oxuduğum isə  edebiyyatdergisi.com saytıdır.

Kamran Su da qonşu dövlətlərin ədəbi mənbələrindən istifadə etdiyini vurğulayıb: “Türklərdə karakutu.com saytı var. Tez-tez yenilənmir, amma zəngin arxivi var. “Underground poetic” adlı bir türk jurnalı var. Arada onu da oxuyuram”.

Dilqəm Əhməd dil probleminə görə ancaq Türkiyə mətbuatını izləyir.

Emin Piri və Əsəd Qaraqaplan da türk saytları və dərgilərini oxuyur.

Elmin Nuri      
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi