Modern.az

Xocalı hava limanı açılır: 15 gündən sonra uçuşa hazır olacaq

Xocalı hava limanı açılır: 15 gündən sonra uçuşa hazır olacaq

19 Sentyabr 2013, 12:05

Xocalı hava limanı 15 gündən sonra uçuşa hazır olacaq. Modern.az bildirir ki, Ermənistanın “Aykakan Jamanak” qəzetinin yaydığı məlumata görə, bu barədə məlumatı qondarma rejimin “mülki aviasiya üzrə baş idarəsinin” rəisi Dmitri Adabaşyan verib. Onun sözlərinə görə Xocalı aeroportu üçün alınmış təyyarələr 15 gündən sonra istənilən uçuşu həyata keçirmək üçün texniki baxımdan hazır olacaq. Hava limanının təyyarələri qəbul etməyə hazır olduğunu bildirən Adabaşyan qəzet əməkdaşının uçuşların nə vaxt başlayacağı sualını cavabsız qoyub. O yalnız məsələnin texniki tərəfi ilə məşğul olduğunu bildirib.

Vüqar İsmayılov 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?