Arxiv
24 Sentyabr 2009, 13:37 | ÖLKƏ
700 bal toplayan tələbələr: biri hüquqşünas, o biri səfir olmaq istəyir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bu il ali məktəblərə keçirdiyi qəbul imtahanlarında iki nəfər abituriyent test kitabçasındakı bütün suallara düzgün cavab verməklə ən yüksək-700 bal toplayıb. III ixtisas qrupu üzrə imtahan vermiş Fəridə Musayeva və Ucal Ağaməmmədov artıq tələbə kimi ali məktəb auditoriyasına ayaq basır. Modern.az onları oxuculara təqdim edir, buyurun bu ilki imtahan qaliblərinin liderlərilə siz də tanış olun.  

Hüquq elmləri doktoru olmaq istəyən qız  


  Fəridə Mehman qızı Musayeva 1992-ci il iyulun 11-də Bakı şəhərində hərbiçi ailəsində doğulub. 1998-ci ildə paytaxtın 20 nömrəli orta məktəbində I sinfə gedən Fəridə IV sinfi bitirdikdən sonra valideynləri onu təhsilini davam etdirməsi üçün Türkiyə Diyanət Vəqfinin Bakı Türk Liseyində qoyublar. Liseyə qəbul imtahanlarını müvəffəqiyyətlə verən F.Musayeva 2002-ci ildən orada V sinifdə oxumağa başlayıb. Liseydə bilik və bacarığı ilə həmişə fərqlənən istedadlı şagird bu təhsil ocağını tərifnamələr, fəxri fərmanlarla başa vurub. Mərkəzləşdirilmiş qaydada keçirilən builki buraxılış imtahanlarını da uğurla verən Fəridə Musayeva liseyi fərqlənmə attestatı ilə bitirib, sənədlərini ali məktəblərə qəbul imtahanlarında iştirak üçün III ixtisas qrupuna verib.
Nəticə artıq göz qabağındadır. Fəridə Musayevanın adı bütün I kurs tələbələrinə tanışdır. O, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsidir.
Fəridə Musayeva imtahanda qazandığı uğura görə, müəllimlərinə və valideynlərinə borclu olduğunu deyir: “Valideynlərim məndən heç zaman maddi və mənəvi dəstəyi əsirgəməyiblər. Müəllimlərimin zəhmətini də unuda bilmərəm”.
Qeyd edək ki, bu il Fəridə ilə bir sinifdə oxumuş 18 məzundan 12-si qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb.
F.Musayeva Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi sınaq imtahanlarında həmişə 650-dən çox bal toplayıb, iki dəfə isə 700 ballıq nəticə göstərib. “Atalar ücdən deyib” məsəlinə inanan F.Musayeva üçüncü dəfə 700 ballıq nəticəni ali məktəbə qəbul imtahanında əldə edib.
O, 700 ballıq nəticə ilə Prezident təqaüdçüsü də olmaq arzusuna qovuşub. İndi Fəridə Musayevanın hədəfi Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirmək, ali təhsilin magistr pilləsini dövlət xətti ilə Avropanın nüfuzlu universitetlərindən birində davam etdirmək, gənc yaşlarında hüquq elmləri doktoru olmaqdır.  


Gələcək diplomat  


Ucal Novruz oğlu Ağaməmmədov
1992-ci il iyulun 22-də Rusiya Federasiyasının Moskva şəhərində anadan olub. İlk 
təhsilini də oradakı 812 nömrəli gimnaziyada alıb. O, hələ ibtidai siniflərdə özünü yaxşı oxuyan şagird kimi tanıdıb. Buna görə də Ucalı III sinifdən birbaşa V sinfə keçiriblər. 2003-cü ildə Ucalgilin ailəsi Bakıya köçüb və o, Bakıxanov qəsəbəsindəki 72 nömrəli liseyin rus bölməsində 6-cı sinifdə təhsilini davam etdirib. Həmin dərs ilinin sonunda isə uğurla imtahan verərək Bakı özəl Türk Liseyinə daxil olub. Ucalın sözlərinə görə, rusdilli olduğu üçün ilk vaxtlar Bakı özəl Türk Liseyində onun üçün çətin olub. Çalışqanlığı sayəsində dil maneəsini çox qısa müddətə aşa bilib və liseyin IX, X siniflərini "əla" qiymətlərlə bitirib.
Ucal Ağaməmmədov orta təhsilin son ilini evlərinin yaxınlığındakı 18 nömrəli Zəngilan qaçqın məktəbində oxuyub. U.Ağaməmmədov 11 il ərzində dörd məktəb dəyişsə də, bu, onun yüksək hazırlıqlı məzun kimi qəbul imtahanlarına mükəmməl hazırlaşmasına mane olmayıb. özünün dediyi kimi, bazası güclü olub və fənlərə həvəsi, çalışqanlığı sayəsində potensialını daha da artıraraq orta məktəbi yüksək qiymətlərlə başa vurub.
U.Ağaməmmədov deyir ki, imtahana hazırlaşmağın ən yaxşı yolu planlı, proqram üzrə hazırlaşmaqdır. Hər şey, hətta yuxu da bu planda nəzərə alınmalı və ona dəqiq əməl edilməlidir. Belə olanda adam öyrəşir və hazırlaşmaq rahat olur: “Evdə valideynlərim, məktəbdə müəllimlərim mənə yüksək bal toplayacağımı desələr də, doğrusu ən yüksək nəticə əldə edəcəyimi gözləmirdim. Düzdür, həmişə sınaq imtahanlarından 650-dən çox bal toplamışdım. Amma 700 bal yığmağıma ümid etmirdim”.
Ucal özünə hüquqşünaslıq ixtisasını seçib, Bakı Dövlət Universitetinin I kurs tələbəsidir. Arzusu səfir olmaqdır. Maraqlıdır ki, III ixtisas qrupunda uğur qazanan bu tələbənin ən çox xoşladığı fənn kimyadır. Riyaziyyat və kimya üzrə dəfələrlə bilik yarışlarının qalibi olub, olimpiadalarda iştirak edib. Ucalın arzusu Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmək və vətənə sədaqətli bir dövlət xadimi olmaqdır.  
 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Miqrasiya Xidmətinin rəisi yenidən CANLI YAYIMDA 18 Aprel 2019, 20:13 Bakıda yeniyetməyə qarşı quldurluq 18 Aprel 2019, 20:02 Fuad Qəhrəmanlının qızına küçədə hücum edən şəxsə 15 sutka həbs verilib 18 Aprel 2019, 19:43 Paytaxtın bu rayonlarında qaz olmayacaq 18 Aprel 2019, 19:38 Almaniyadan ekstradisiya olunan şəxs Lənkəranda məhkəmə qarşısında 18 Aprel 2019, 19:23 Elektron kənd təsərrüfatı sistemində qeydiyyatdan keçənlərin sayı açıqlandı 18 Aprel 2019, 19:15 Hüseyn Abdullayevin məhkəməsində zərərçəkmişlər ifadə veriblər 18 Aprel 2019, 19:06 Balıq tutmağa yollanmış 57 yaşlı Bakı sakini itkin düşdü 18 Aprel 2019, 18:54 Bakcell Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu 18 Aprel 2019, 18:32 Makron Roma papasını Fransaya dəvət etdi 18 Aprel 2019, 18:28 Nazirlik ağac kəsintisi ilə bağlı faktı yenidən araşdırdı 18 Aprel 2019, 18:15 “İrəli”nin“Aprel Zəfəri”nə həsr etdiyi layihə davam edir   18 Aprel 2019, 18:02 Ronaldu “Yuventus”dan erkən  gedə  bilər 18 Aprel 2019, 18:00 Azercell-in yeni layihəsi ilə nömrələrin sim-paketə bağlılığı aradan qaldırılıb 18 Aprel 2019, 17:51 400 kq istifadəyə yararsız heyvan cəmdəyi aşkarlandı 18 Aprel 2019, 17:42 Konstitusiya Məhkəməsi sədrinin və hakimlərinin maaşı artırılıb 18 Aprel 2019, 17:37 Manatın məzənnəsi dəyişir? 18 Aprel 2019, 17:33 Deputat seçiciləri ilə görüşdü 18 Aprel 2019, 17:32 Prezident  deputatı “Şöhrət” ordeni ilə təltif etdi   18 Aprel 2019, 17:25 Çörəyə tətbiq olunan vergi güzəştinin müddəti uzadıldı 18 Aprel 2019, 17:21