Modern.az

Nazpəri İlhaməni məhkəməyə verməyindən DANIŞDI: “Şərəfsiz və tərbiyəsiz sözlərlə...”

Nazpəri İlhaməni məhkəməyə verməyindən DANIŞDI: “Şərəfsiz və tərbiyəsiz sözlərlə...”

20 Sentyabr 2013, 13:13


“ATV kanalının canlı yayımında o yalnız məni təhqir etmədi. Şərəfsiz və tərbiyəsiz sözləriylə bütün xalqı aşağıladı”.

Bu sözləri Modern.az-a saytına açıqlamasında xalq artisti Nazpəri Dostəliyeva həmkarı İlhamə Quliyevanı məhkəməyə verməsini şərh edərkən səsləndirib. N.Dostəliyeva bildirib ki, İlhamə Quliyevanın işlətdiyi həmin sözlərə görə məhkəməyə müraciət edib:

“100 min manatlıq təzminat tələb edirəm. Buna görə də məhkəməyə müraciət etmişəm. Qərar məni qane etməsə, növbəti instansiya məhkəmələrinə də müraciət edəcəyəm”. 

Xatırladaq ki, İ.Quliyeva ATV-nin efirində N.Dostəliyevaya xitabən “mən yemirəm, yedizdirirəm” demişdi.  

İntiqam Valehoğlu 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi