Modern.az

Ortaq dəyərlər: nəyi görüb-götürməliyik?

Ortaq dəyərlər: nəyi görüb-götürməliyik?

22 Aprel 2010, 19:00

 

Aprelin 22-də Azərbaycan Media Mərkəzində Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun birgə maliyyə dəstəyi ilə həyata keçirilən  “Avropa və Azərbaycanın ortaq dəyərlərinin öyrənilməsinin vəkilliyi” layihəsi çərçivəsində sonuncu dəyirmi masa keçirilib. “Avropa və Azərbaycanın ortaq dəyərləri: Uzlaşmaya doğru” mövzusunda təşkil olunan tədbirdə fikir mübadiləsi aparılıb. “Ortaq dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal düşündürücü bir mövzuya toxunduqlarını qeyd edib. Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı bildirib ki, Avropa dəyərləri ictimai mövzudur. Onun sözlərinə görə, qərbləşmək məsələsi təkcə Azərbaycanda və Türkiyədə deyil, uzaq Şərq ölkəsi olan Yaponiyada da müzakirə edilir: “Qərbləşmək deyəndə, cəmiyyətin öz-özünü ifadə etməsi üçün ön planda olan milli mentaliteti arxa planda qalır. Muasirləşmək qərbləşdirmək deməkdir, qərbləşmək isə avropalaşmaqdır. Başqalarının dəyərləri o zaman çox gözəgəlimli görunur ki, öz dəyərlərimizi bilmirik. Öz dəyərlərimizi daha yaxşı öyrənməli, başqalarına öyrətməli və dünya üçün ortaq olan yüksək dəyərləri özumuzə götürməliyik”.

Politoloq Mübariz Əhmədoğlu deyib ki, Avropa dəyərləri üçün ilk növbədə təsnifat yaradılmalıdır. “Əgər söhbət Qərbin və Avropanın texniki nailiyytələrindən gedirsə, mübahisə etməyə ehtiyac yoxdur. Bizim Avropanın texniki sahədə əldə etdiyi nailiyyətlərə çatmamız üçün zaman lazımdır. Təbii ki, onları gec- tez mənimsəməliyik. Amma söhbət mədəniyyətdən gedirsə, bu zaman mübahisə etməyə dəyər. Avropada rast gəlinən zorakılıq Azərbaycanda yoxdur. Hesab edirəm ki, ilk olaraq Avropa dəyərlərinin nə olduğu elmi səviyyədə öyrənilməlidir”.

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli bildirib ki, Azərbaycandan fərqli olaraq Uzaq Şərq Qərb dəyərləri üçün imkanlara malik deyil. “Hesab edirəm ki, ortaq dəyərlər məsələsində QHT-lərin və medianın üzərinə böyük yük düşur. Biz sərhədləri özümüz müəyyənləşdirməliyik. Mən hesab edirəm ki, Azərbaycan Yaponiya və Çindən də çox şey öyrənməlidir”. Mail Ağaxanov

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir