Modern.az

Uzunsaçlılar kəndi - FOTOLAR

Uzunsaçlılar kəndi - FOTOLAR

İqtisadiyyat

21 Sentyabr 2013, 13:32

Modern.az-ın məlumatına görə, bu kənd dünyanın ən uzunsaçlı sakinləri olan yaşayış yeri kimi Ginnesin Rekordlar Kitabına düşüb. Söhbət Çinin Huanqlo kəndindən gedir. Qadınların saçının  uzunluğu 1.8 metrə çatır. Ən uzunsaçlı qadının isə saçının uzunluğu 2.7 metrdir.

Bu kənddə saç qadınların ən qiymətli varlığı hesab edilir. Huanqloda qədim adətlər indiyə qədər saxlanılır. Elə buna görə də, ora gedən turistlər say çoxluğuna görə fərqlənir. Bu çinli qadınlar həyatlarında yalnız bir dəfə saçlarını kəsə bilərlər. O da 16 yaşında özlərinə bir yoldaş axtarışına başlamazdan öncə edilə bilər.

Burada bütün qadınların saç düzümü nimçə şəkillidir. Bu saç formalarının özünəməxsus mənaları var. Qadınlarda saç başında sarılıbsa, o qadının evli, ancaq uşaq sahibi olmadığı aydın olur. Qadınlarda saçın öndən kiçik bir toppuz kimi olması onların həm evli, həm də uşaq sahibi olduğunu bildirir. Saçına baş örtüsü atıbsa, bu qadının subay olmasına və sevgili axtarmasına işarədir.







Ulduz İBRAHİMOVA

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub