Modern.az

Azərbaycanda təbiət hadisəsi baş verib

Azərbaycanda təbiət hadisəsi baş verib

İqtisadiyyat

22 Sentyabr 2013, 10:20

Şərq xalqlarının həyatında təbiət hadisələrinin özünəməxsus rolu olub ki, bunun nəticəsində də bir sıra ayin və mərasimlər yaranıb. Eləcə də Azərbaycanda təbiət hadisələri xalqın inanclarında özünəməxsus yer tutur.
Xalq arasında uzun illərin müşahidələri əsasında formalaşan qeyri-rəsmi təqvimə görə, sentyabrın 22-də payız fəsli başlayıb. Nəzərə alsaq ki, baharın gəlişini 21 martdan hesablayırıq, onda yayın iyunun 21-dən, payızın sentyabrın 21-dən, qış fəslinin isə dekabrın 21-dən başladığını əminliklə söyləmək olar.

Beləliklə sentyabrın 22-dən Azərbaycanda payız fəsli başlayıb. Ötən gecə həm də payız gecə-gündüz bərabərliyi baş verib. Yəni gecə ilə gündüz sutkanı yarıbayarıya – hər birnə 12 saat olmaqla – bölüblər.

Artıq sentyabrın 22-dən başlayaraq gecə uzanacaq, gündüz qısalacaq.

Yer oxunun ekvator müstəvisinə meylliliyi gecə və gündüzün qeyri-bərabər olmasına, fəsillərin yaranmasına səbəb olub. Yerin Günəş ətrafında hərəkəti ilə bağlı olaraq illər, fəsillər əmələ gəlir. İstilik, işıqlanma və iqlim qurşaqları yaranır. Canlıların həyatında böyük dəyişikliklər baş verir.
Qeyd edək ki, ildə bir dəfə payız gecə-gündüz bərabərliyi, bir dəfə isə yaz gecə-gündüz bərabərliyi baş verir. Yaz gecə-gündüz bərabərliyi martın 21-nə təsadüf edir.

Dədə-babalarımız da tarixən payızın başlanğıcını elə bu gündən hesablayıblar...

A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!