Modern.az

İzmirdə ermənilərin Azərbaycanda törətdiyi soyqırımlarla bağlı tədbirdən fotosessiya

İzmirdə ermənilərin Azərbaycanda törətdiyi soyqırımlarla bağlı tədbirdən fotosessiya

23 Aprel 2010, 10:03

Türkiyənin İzmir Tarixi Hava Qazı Fabrikasındakı muzey salonunda ermənilərin Azərbaycanda törətdikləri soyqırımla bağlı fotosərgi açılıb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Parlament Jurnalistləri Birliyinin təşəbbüsü ilə baş tutan fotosərgiyə Türkiyə Qəzetçilər Federasiyası dəstək verib. Tədbirdə Azərbaycandan Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı, Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev, Şuranın mətbuat katibi Səfər Alışarlının daxil olduğu nümayəndə heyətimiz iştirak edib. Fotosərgiyə İzmir bölgəsinin jurnalistləri, İzmirdə fəaliyyət göstərən televiziya, radio və qəzetlərinin əməkdaşları, ictimaiyyət nümayəndələri qatılıb. Mərasimdə İzmir Böyük Şəhər bələdiyyəsinin sədri Aziz Koçoğlu, Türkiyə Qəzetçilər Federasiyasının başqanı Atilla Sertel çıxış edib. Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti bu gün İzmirdə bütüTürkiyənin qeyd etdiyi "23 nisan Cocuq bayramı" mərasimlərinə qatılacaq. Modern.az İzmirdə düzənlənən tədbirdən fotosessiyanı təqdim edir. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir