Modern.az

«Yeddi oğul istərəm» filmi: - Poemadan ekranadək - MARAQLI

«Yeddi oğul istərəm» filmi: - Poemadan ekranadək - MARAQLI

23 Sentyabr 2013, 09:46

Aydın Dadaşov

Ki­no­re­jis­sor To­fiq Ta­ğı­za­də­nin Azər­bay­can­da So­vet haki­miy­yətinin 60 il­li­yi ərə­fə­sin­də, ves­tern jan­rın­da qu­ru­luş ver­di­yi «Yed­di oğul is­tə­rəm» fil­mi (sse­na­ri mü­əllif Yu­sif Sə­mə­doğ­lu, 1970) bə­dii də­yə­ri­nə gö­rə ki­ne­ma­toq­ra­fik nü­mu­nə­dir. S.Vur­ğu­nun za­hi­rən kom­mu­nist ideolo­giyasına xid­mət edən «Kom­so­mol poe­ma­sı» əsa­sın­da ya­ran­sa da, elə əsə­rin «Hu­may» böl­mə­sin­də­ki:

«Nə­dən söy­lə­mə­sin ana di­li­lə
Öz od­lu nit­qi­ni yol­daş ko­mis­sar?
Türkcə da­nış­ma­sın sev­gi­li­si­lə...
Bu mən­hus adət­də bö­yük­lük­mü var?
Mən­dən in­ci­mə­sin yol­daş ko­mis­sar!»  

sə­tir­lə­ri müəl­li­fin da­xi­li müqavi­mə­tini gös­tə­rsə də, son sə­tir­ özü­nü sı­ğor­ta­la­ma­ğa xidmət edir. «Yed­di oğul is­tə­rəm» fil­min­də Za­lı­moğ­lu­nun sadəlövhlüklə «Bəx­ti­yar, sən çox oxu­mu­san. Gö­rə­sən, bü­tün mil­lət­lər öz­lə­ri bir–bi­ri­ni qı­rır­lar?»–sua­lı­nın ca­vabsız qalması da ic­ti­mai üs­lu­ba mü­qa­vi­mə­ti gös­tərir. Əsəri   nə­zər­dən ke­çir­mək­lə st­ruk­tur­da­kı kine­ma­toq­ra­fik, rit­mik mon­taj elementlərini gör­mək olur.



«Qa­baq­da üç nə­fər ni­şan­çı var­dı
Ni­yaz bəy tə­lə­sik qal­xıb atı­na,
So­xul­maq is­tər­kən yo­lun al­tı­na,
Qa­ba­ğı kəs­miş­di yol­daş Şah­su­var,
Qış­qır­dı: – Qaç­ma­ğın nə mə­na­sı var?!
Al, ya­ğı bir gül­lə! Ol­ma­dı fə­qət...
– Al, bu ikin­ci­si!
Tut­ma­dı... Dəh­şət...
– Al, bu üçün­cü­sü!
Yı­xıl­dı Ni­yaz...
Keç­mə­di bir az
Bir də qal­xa­raq,
İki, üç da­raq
Şah­su­var tə­rə­fə pat­ron boşaltdı,
Qüv­və­dən dü­şə­rək göz­lə­ri bat­dı...
O yan­da Bəx­ti­yar, ya­nın­da Cə­lal:
– Ol­sun in­qi­la­ba qa­nı­mız ha­lal,
De­yib ver­miş­di­lər elə baş–ba­şa,
On­la­rı mey­dan­da qo­yub Mir­pa­şa
Qa­çıb so­xul­muş­du qa­ran­lıq­la­ra..» 

sə­tir­lə­rin­də­ki göz­lə­nil­məz hə­rə­kət və ha­di­sə­lə­rin rit­mi ves­tern jan­rını for­ma­laş­dı­rır. Yed­di at­lı­nın Pey­kan­lı kən­di­nə gə­li­şi, Gə­ray bə­yin (H.Turabov) ar­va­dı və qı­zı Hu­may­la xudaha­fiz­ləşib kənddən çıx­ma­sı ye­ni ideo­lo­gi­ya­nın ya­rat­dı­ğı zid­diy­yə­ti təq­dim edir. Ya­ra­lı Çal­pa­paq Kə­rə­min ölüm aya­ğın­da komso­mol­çuların baş­çı­sı Bəx­ti­ya­ra (H.Məmmədov) «Si­nən olan yer­də kü­rə­yi­ni gül­lə­yə ver­mə, oğul!»» de­yə­rək hə­mi­şə­lik göz­lə­ri­ni yum­ması və kom­so­mol ic­la­sı­nın «Qan ça­na­ğı»na qalxmamaq, Gə­ray bə­yin adam­la­rı­nı Pey­kan­lı­da göz­lə­mək!» qə­ra­rı gə­ləcək ha­di­sə­lə­rin mə­kan və za­man həd­di­ni müəyyən­ləş­dirir. Kə­lən­tər da­yı­nın di­lin­dən Cə­la­la izah edi­lən: «Çal­pa­paq Kə­rəm yüz gir­vən­kə ta­xıl üs­tün­də qar­da­şı­mı öl­dür­dü. Sax­la­mış­dı ki, uşaq­lar acın­dan öl­məsinlər» ki­mi Gə­ray bə­yin mən­ti­qi kom­mu­nist ideo­lo­gi­ya­sı­nın aman­sız­lığı ilə ya­na­şı, əks tə­rə­fin hə­qi­qə­ti­nə real mü­na­si­bət zid­diy­yə­ti kəs­kin­ləş­di­rir.

Qəb­ris­tan­lıq­da­ mi­tin­qə çevrilən dəfn məra­si­mində Bəx­ti­ya­rın kəndliləri ic­ti­mai mül­kiy­yə­tə çevril­miş tor­paq­la­rı şum­la­ma­ğa ça­ğı­rı­şı və gül­lə səslə­ri­nin Qu­ran oxu­yan mol­la­nın sə­si­ni ba­tır­ma­sı qarşı­durmanın bədii  ifa­də­si­ni ya­ra­dır. Poe­ma­nın «Ma­raq­lı bir ha­di­sə» böl­mə­sin­də təs­vir olu­nan Mir­pa­şa­nın məs­ci­də it bağ­la­ma­sı və bu mə­sə­lə­yə həsr olun­muş «Qa­pa­lı ic­las» filmdə ha­di­sə­lə­rin in­ki­şa­fı­na tə­kan ve­rir. Gə­ray bə­yin dos­tu Şə­kər bə­yin oğ­lu Cə­la­lın ye­ni ideo­lo­gi­ya­nı qə­bul et­mə­si və Bəx­tiya­rın Hu­ma­yın sin­fi düş­mə­nin qı­zı ol­du­ğu­nu vur­ğulaması əksliklərin zid­diy­yə­ti­nə çev­ril­sə də, mə­həb­bət­lə bağ­lı sü­jet xət­ti fil­min st­ruk­tu­ru­nu zən­gin­ləş­di­rir. Və iki gən­cin ölü­mü əsl sev­gi qar­şı­sın­da hər han­sı ideolo­gi­yanın be­lə güc­süz­lü­yü­nü sü­but edir. Poe­ma­nın «Nov­ruz bay­ra­mın­da» böl­mə­si­ni əks et­di­rən epi­zod­da tor­paq şum­la­yar­kən öl­dü­rül­müş kəndlilər şər qüv­və­lə­ri nif­rət hə­də­fi­nə çe­vi­rə bi­lir. Məs­ci­din qar­şı­sı­na it bağ­la­yıb mol­la­ya sa­ta­şan Mir­pa­şa­nın öl­dürülməsi, kü­rə­yi­nə sap­lan­mış xən­cə­rə kü­çük bağla­na­raq təh­qir olun­ma­sı isə ək­si­nə bu nif­rə­ti neytrallaşdırır.

Aşı­ğın Gə­ray bə­yin gös­tə­ri­şi­lə iş­gən­cə ilə gül­lə­lə­nən Cə­la­la vax­ti­lə onun be­şi­yi ba­şın­da çal­dı­ğı «Ya­nıq Kə­rə­mi»ni səs­lən­dir­mə­si bu ölü­mün au­dio­vi­zual təq­di­ma­tı­nı ya­rat­sa da, dos­tu­nun ölü­mün­dən xə­bər tu­tan Bəx­ti­ya­rın Hu­ma­yı atın dö­şü­nə qa­ta­raq qam­çı­la­ma­sı lü­zumsuz gö­rü­nür. Poe­ma­da­kı:

«Bəx­ti­yar sax­la­yır atın ba­şı­nı,
Zil­lə­yir gö­zü­nü Hu­ma­ya doğ­ru.
Hir­sin­dən bo­za­rır, ça­tır qa­şı­nı:
Sö­zü­mə bax­ma­dı o za­lım oğ­lu.
Ona də­fə­lər­lə söy­lə­dim ki, sən
Qur­du qu­zu bi­lib eti­bar et­sən,
Bir gün dar yer­də itə­cək qa­nın
Göz­lə­ri tu­tu­lur bə­zən in­sa­nın.
İnan­dı ba­ba­na, inan­dı sa­na,
Ne­cə­sin ba­ban­dan xə­bər al­sa­na!..
İtil göz­lə­rim­dən, qo­çu­nun qı­zı
Tov­la­yıb az­dır­dın sən o baxtsızı.
Ba­şı­mı bir vul­kan du­man­lan­dı­rır, 
Cə­la­lın ölü­mü mə­ni yan­dı­rır..»

sə­tir­lə­ri isə il­kin isə bu epi­zod özü­nün da­ha də­qiq həl­li­ni tap­mış­dır:ədə­bi mən­bə­nin da­ha tə­bii­li­yi­ni təs­diq­lə­yir. Poe­ma­da ol­du­ğu ki­mi filmdə də, Hu­ma­yın ata­sı­nın qa­nı­nı Bəx­ti­ya­ra ha­lal et­mə­si əsas dra­ma­tur­ji ha­di­sə­nin in­ki­şa­fı­na tə­kan ve­rir. Sağ qal­mış kom­so­mol­çu­la­rın poe­ma­dan par­ça­lar söy­lə­mə­si­nin ta­ma­şa­nın məş­qi ki­mi təq­di­ma­tı ədə­bi ma­te­ria­lın il­kin şə­kil­də is­ti­fa­də olun­ma­sı­na şə­rait ya­ra­dır və epi­zod in­cə ruh­lu Vur­ğun poe­zi­ya­sı­nın ədə­bi teat­rı­na çev­ri­lir. «Teatr ta­ma­şa­sı» epi­zo­du məs­xərəyə qo­yul­muş Gə­ray bə­yi höv­sə­lə­dən çı­xa­rıb onu kən­də hü­cu­ma va­dar et­mək­lə st­ruk­tu­run tər­kib his­səsinə çev­ri­lir. Hər bir kom­so­mol­çu­nun dö­yüş­də­ki ölüm səh­nə­si­nin gö­zö­nü təq­di­ma­tı ves­tern jan­rı da­xi­lin­də həll olun­sa da, Gə­ray bə­yin özü­nü gül­lə ilə vur­ma­sı Həsənağa Turabovun ustalıqla yaratdığı, əqidəsi uğrunda sona qədər gedən bu xarakteri  fa­ciə­vi­ləş­di­rir. Kom­mu­nist ide­ya­sı­nın lider­lərindən olan Sa­rı Şə­mis­ta­nın te­leq­ra­mı ilə Bəxti­yarın baş­çı­lıq et­di­yi kom­so­mol­çu­la­rın ye­ni dəs­tə­si­nin Qa­ra­ya­zı­da Şah­mar bə­yin üzə­ri­nə gön­də­ril­mə­si fil­mi pla­kat son­luq­la bi­ti­rir.

«Yed­di oğul is­tə­rəm» və «Möh­tə­şəm yed­di­lik» (rej. Con Star­kes 1960) ad­lı Ame­ri­ka fil­mi ara­sın­da­kı bən­zər­lik ilk ba­xış­dan nə­zə­rə çar­pır. Əs­lin­də Aki­ra Ku­ro­sa­va­ya 1955-ci il­də növ­bə­ti «Os­kar» qa­zan­dır­mış «Yed­di sa­mu­ray» fil­mi­ni tək­rar­la­yan «Möh­tə­şəm yed­di­lik» ikin­ci də­rə­cə­li ek­ran əsər­lə­rin­dən sa­yı­lır. Mek­si­ka­da cə­rə­yan edən ha­di­sə­lər­də quldur Kalaveranın ta­lan­la­rın­dan qorunmaq is­tə­yən kənd əh­li­nin mü­ra­ciə­tin­dən son­ra dəs­tə yı­ğan kav­boy Kri­sin ça­pıq­lı ba­rə­də de­di­yi: «Bi­zə bu ça­pı­ğı qo­yan gə­rək­dir!» cüm­lə­si se­çi­min cid­diy­yə­ti­ni gös­tər­sə də, film boyu gö­rün­mə­yən Sa­rı Şə­mis­ta­nın dəs­tə­si­nin ideo­lo­ji möv­qe­yi əsas gö­tü­rü­lür. Sev­gi qəh­rə­ma­nı Cə­lal­la Çi­ko­nun ölüm is­tis­na ol­maq­la ey­ni­li­yi, hər iki kən­din əha­li­si­nin qor­xaq­lı­ğı, bay­ram şən­li­yi­nin, qəb­ris­tan­lıq dö­yü­şü­nün tək­ra­rı, pus­qu­da du­ran uşaq­la­rın si­lah­lı­la­rın gə­li­şi­ni xə­bər ver­mə­si şər­ti ol­sa da, Qə­zən­fər da­yı ilə Qə­qə­nin, Ber­nar­do ilə Ri­ko­nu bü­tün epi­zod­lar­da tək­rar­la­ma­sı nə­zər­dən qaç­mır. Və ekranda personaj müxtəlifliyini nəzərə almaqla uğurlu aktyor seçimi edən, xüsusən Gəray bəyin timsalında kinomuza dolğun obraz bəxş edən re­jis­sor To­fiq Ta­ğı­za­də­nin müəl­li­mi Lev Ku­le­şov ki­mi ame­ri­ka­sa­ya­ğı mon­taj­dan bir­ba­şa bəh­rə­lən­di­yi­ bu filmin bəstəkarı Xəyyam Mirzəzadənin yalnız təsvirlə yeni mahiyyət qazanan musiqisi təəssüratı zənginləşdirir.  

“Ekran dramaturgiyası” dərsliyindən B., 1999.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi