Modern.az

Azərbaycan meşələrində bəbirlər göründü - FOTOLAR

Azərbaycan meşələrində bəbirlər göründü - FOTOLAR

23 Sentyabr 2013, 09:58
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ümumdünya Təbiəti Mühafizə Fondu ilə birlikdə yay aylarında Hirkan və Həsən Əliyev adına Zəngəzur Milli Parkları ərazisində keçirdikləri monitorinqlər davam etdirilib, bəbirlərin, onların rəqib növlərinin və qida obyektlərinin populyasiyalarının mühafizə olunan ərazilərdə artıq daimi surətdə inkişafı qeydə alınıb. Belə ki, Hirkan Milli Parkı ərazisində monitorinqin keçirildiyi bu müddət ərzində də bir yetkin erkək bəbirin daim foto kameraların hədəfində olması müşahidə edilib, onun əsas qidasını təşkil edən çöl donuzları, cüyür, tirəndaz və s. növlərin dinamik populyasiya quruluşlarına aid yeni materiallar toplanıb.

ETSN-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Həsən Əliyev adına Zəngəzur Milli Parkı ərazisində də yay aylarında iki yetkin dişi bəbir qeydə alınıb, bu ərazidə bəbirlərin qida mənbəyi sayılan bezoar keçiləri və muflonların yerli populyasiyalarının dinamik inkişafı barədə qiymətli fotoqrafik məlumatlar əldə olunub. Mütəxəssislərin rəyinə görə, mütəmadi olaraq aparılan monitoronqlərin nəticələri Azərbaycan təbiətinin nadir heyvan növlərinin öz areallarına qayıtması prosesinin heç də təsadüfi xarakter daşımadığını deməyə əsas verir və bu, ölkədə son 10 ildə ardıcıl olaraq sayının artırıldığı Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərində mühafizə tədbirlərinin kompleks şəkildə gücləndirilməsinin bilavasitə nəticəsi, eyni zamanda son illər Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərində biomüxtəlifliyin qorunması sahəsində görülən işlərə  və ekoloji maarifləndirmə tədbirlərinə real nümunə hesab olunur.








Modern.az

                    
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir