Modern.az

Putin sülhməramlı kontingent yaradır

Putin sülhməramlı kontingent yaradır

24 Sentyabr 2013, 12:30

Rusiya prezidenti: “Əsas diqqət təşkilatın xarici sərhədlərinin təhlükəsizliyini gücləndirilməsinə yönəldiləcək”


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olan dövlətlərin dünən Soçidə keçirilmiş iclasında qurumun nəzdində sülhməramlı qüvvələrin yaradılması barədə razılıq əldə edilib. Modern.az xəbər verir ki, bu barədə Soçidə Rusiya prezidenti Vladimir Putin KTMT-nin sammitinin nəticələri ilə bağlı çıxış edərkən bildirib. V.Putin öz bəyanatında qeyd edib ki, qurumun sülhməramlı qüvvələrinin yaradılmasının zamanıdır.

“Biz təklif edirik ki, artıq KTMT-nin sülhməramlı kontingentinin yaradılması üçün müzakirələr başlanmalıdır. Quruma daxil olan ölkələrin xarici siyasətinin koordinasiyasını gücləndirməyi mühüm hesab edirik”-deyə Putin vurğulayıb.

Soçidə keçirilmiş sessiyada birgə kommünike qəbul edilib. KTMT-yə sədrlik Rusiyaya keçib. Putin KTMT-yə sədrlik edəcəyi müddətdə prioritetlərini də açıqlayıb. O deyib ki, əsas diqqət təşkilatın xarici sərhədlərinin təhlükəsizliyini gücləndirilməsinə yönələcək.

“Bizim üçün  təşkilatın hərbi hazırlığının təkmilləşdirilməsi əsas məsələ olacaq”

Sammit 2020-ci ilə qədər quruma daxil olan ölkələr arasında hərbi əməkdaşlığın inkişafının əsas istiqamətləri və onun yerinə yetirilməsi Planını qəbul edib. Dövlət başçıları həmçinin ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra yaranacaq vəziyyəti, narkotrafiki, Suriya böhranını müzakirə ediblər.

Kollektiv Təhlükəsizlik Müqaviləsi 1992-ci il 15 mayında Daşkənddə Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya və Özbəkistan tərəfindən imzalanıb. 24 sentyabr 1993-cü ildə Azərbaycan, 9 sentyabrda Gürcüstan, 31 dekabrda isə Belorus bu sazişi imzalayıb. Müqavilə 1994-cü il 20 aprelində qüvvəyə minib. Beş il üçün nəzərdə tutulmuş sazişin sonradan uzadılması nəzxərdə tutulurdu. 1999-cu ildə Azərbaycan, Gürcüstan və Özbəkistan  KTMT-də daha beş qalmaqdan imtina edib və sazişi imzalamayıb.  

2002-ci ildə Moskvada qurumun adı dəyişdirilərək, ona beynəlxalq status verilib. Qurum Kolektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adlandırılıb.

Xaqani SƏFƏROĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı