Modern.az

Pulla satılan vətəndaşlıq - Ölkələrin SİYAHISI

Pulla satılan vətəndaşlıq - Ölkələrin SİYAHISI

25 Sentyabr 2013, 09:47


Pulla vətəndaşlıq verən ölkələrin siyahısı hazırlanıb. Belə ki, dünyanın bəzi ölkələrində tələb olunan miqdarda pulu ödədikdən sonra həmin ölkənin vətəndaşı olmaq mümkündür.

Modern.az saytı həmin ölkələrin adlarını təqdim edir.

Dominikan Respublikası 100 min dollar yatırıma vətəndaşlıq haqqı verilir. Evli şəxslərin isə bu ölkədə vətəndaşlıq alması bir az baha başa gəlir. Evlilərin övladı varsa, məbləğ 200 min dollara qədər qalxır.

Avstriya 6-10 milyon avroluq risk sərmayəsi yatıranlar həmin ölkənin vətəndaşı ola bilərlər. Hansısa dövlət qurumuna 2 milyon avroluq investisiya yatıranlar qarşılığında vətəndaşlıq ala bilirlər.

Araşdırmalara görə, İngiltərə 13 ildə 2 milyondan artıq qaçqına vətəndaşlıq verib. İngiltərə hər 2,5 dəqiqədə bir şəxsə vətəndaşlıq verir.

Makedoniyada 40 milyon avroluq daşınmaz əmlak alan xaricilərə bir illik vətəndaşlıq icazəsi, 400 min avro dəyərində yatırım edənlər və ən az 10 işçisi olanlar Makedoniya vətəndaşı ola bilərlər.

Bolqarıstan ən azı bir il ölkədə daimi yaşayan və 1,2 milyon dollarlıq yatırım edənlərə vətəndaşlıq verir.

Avstraliyada 4,7 milyon dollarlıq investisiya qoyanlar viza alaraq ölkədə yerləşə bilərlər.

Almaniyada lazım olan minimum yatırımın miqdarı 250 min avro təşkil edir. Belə ki, bu məbləğin qarşılığında ölkəyə gələn xaricilər işləməklə ölkənin vətəndaşlığını ala bilərlər.

Qvatemalada beş illik dövlət qeydiyyatında olmaq və ən azı 50 min dollarlıq investisiya yatırmaq vətəndaşlıq üçün yetərlidir.

Honq-Konqda təxminən 1 milyon 260 min dollar məbləğində yatırımla ölkə vətəndaşlığına sahib olmaq mümkündür.

Kanada vətəndaşı olmaq isə xaricilərdən 400 min dollarlıq investisiya ilə birlikdə, 800 min dollarlıq sərvət istəyir.

Uruqvayda vətəndaşlıq üçün investisiya lazım deyil. Amma bu ölkənin vətəndaşı olmaq üçün hər adambaşına ayda 1200 dollar gəliri olmaq şərtdir. Öncə müvəqqəti yaşayış, üç il sonra isə vətəndaşlıq verilir.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir