Modern.az

İran prezidenti yəhudi soyqırımını tanıdı

İran prezidenti yəhudi soyqırımını tanıdı

Dünya

25 Sentyabr 2013, 12:25


Modern.az
xəbər verir ki, İran prezidenti Həsən Ruhani yəhudi soyqırımını (Holokost) tarixi fakt kimi tanıyıb. BMT Baş Assambleyasının növbəti sessiyasında iştirak etmək üçün Nyu-Yorkda olan Həsən Ruhani bu açıqlamanı CNN telekanaltına müsahibəsində bildirib.

“İnsanliğa qarşı olan istənilən cinayət, o cümlədən nasistlərin yəhudilərə qarşı törətdikləri cinayətlər pislənilməlidir”. Bununla belə, İran prezidenti “Holokostun miqyası barədə tarixçilər qiymət verməlidir” deyə sözlərinə əlavə edib. Xatırladaq ki, Ruhaninin sələfi Mahmud Əhmədinejad çıxışlarında “Holokost”u şübhə altına almaqla yanaşı, Almaniyaya və özünü günahkar hiss edən digər ölkələrə yəhudiləri öz ərazilərinə köçürmələrini təklif etmişdi.

  Vüqar İsmayılov  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi