Modern.az

Milli qəhrəmanlara həsr olunan film çəkilib - FOTOLAR

Milli qəhrəmanlara həsr olunan film çəkilib - FOTOLAR

İqtisadiyyat

25 Sentyabr 2013, 13:41

Milli qəhrəmanlardan bəhs edən “Qartal yuvası” sənədli-bədii filminin çəkilişləri başa çatıb. Filmin rejissoru və prodüseri Elnur Əliyevin Modern.az-a verdiyi məlumata görə ekran əsəri  Qazax rayonunun üç milli qəhrəmanı: Rafiq Alicanov, Mərifət Nəsibov, Şamoy Çobanovun həyatı və döyüş yoluna işıq salır.

Qazax, Füzuli, Şamaxı rayonlarında aparılan çəkilişlərin uğurla başa çatdığını deyən rejissor filmdə qəhrəmanların həyatlarının  maraqlı kəsimlərinə daha artıq diqqət ayrıldığını bildirib. Filmin ssenari müəllifi  Kamran Qasımov, quruluşçu operatoru  Elgiz Azadov, quruluşçu rəssamı Mehriban Əfəndiyevadır. Qeyd edək ki, film Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək İctimai Birliyinin  köməkliyi ilə çəkilir.

Məlumat üçün bildirək ki, “Qartal yuvası” rejissorun milli qəhrəmanlara ithaf olunan sayca ikinci filmidir. Belə ki, daha öncə o Gədəbəy rayonunun dörd milli qəhrəmanının şərəfli döyüş yolundan bəhs edən “Alınmaz qalanın qəhrəmanları”nı çəkib. E.Əliyev 2013-cü ildə “Ən yaxşı gənc prodüser” nominasiyasında “İlin gənc kinematoqrafı” Milli Mükafatına layiq görülüb.







Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir