Modern.az

Ukrayna ərazisinin 5%-ni Çinə icarəyə verdi

Ukrayna ərazisinin 5%-ni Çinə icarəyə verdi

Dünya

27 Sentyabr 2013, 14:51


Çinlə Ukrayna şirkətlərinin bağladığı sazişə əsasən Ukrayna 3 milyon hektar və ya ərazisinin 5%-ni Çinə icarəyə verəcək. Modern.az-ın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə əsasən,  icarəyə verilən ərazidən Çin höküməti əhalisinin kənd təsərrüfatı məhsullarına artmaqda olan tələbatını ödəmək üçün istifadə edəcək.

Çinin “Xinjiang Production”, “Construction Carps”  ilə Ukraynanın “KSG Agro” şirkətləri arasında əldə olunan razılığa görə, əkilən taxıl məhsulları Çinə imtiyazlı şərtlərlə satılacaq. Əvəzində Çinin İdxal və İxrac Bankı Ukraynaya kənd təsərrüfatının inkşafı üçün 3 milyard dollar ayıracaq. Bundan əlavə, Ukraynada bir neçə zavod tikiləcək. Krım Muxtar Respublikası ilə Ukraynanın digər ərazilərini birləşdirəcək şosse yolun və körpünün tikintisi də ikitərəfli razılaşmada nəzərdə tutulub. Ukrayna millətçiləri isə bu razışamanı Çinin Ukraynanı istilasının başlanğıcı sayırlar.   

Vüqar İsmayılov   
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər