Modern.az

Şair-qəzəlxanın oğlu Rasim Balayevi ittiham etdi - QALMAQAL

Şair-qəzəlxanın oğlu Rasim Balayevi ittiham etdi - QALMAQAL

30 Sentyabr 2013, 16:02

Şair-qəzəlxan, Əli Fəhminin oğlu İlqar Ələkbərov Modern.az-a açıqlamasında xalq artisti Rasim Balayevi sədaqətsizlikdə və yalançılıqda ittiham edib.

““Nəsimi” filmində baş məsləhətçi kimi Rasim Balayevi məhz atam Əli Fəhmi hazırlayıb. O dəfələrlə Rasimə öyrədirdi ki, Nəsimi qəzələ belə deməyib, elə deyib. Amma Rasim Balayev danışanda deyir ki, “hə, bir az ora-burasını düzəldirdi, mən Nəsimiyə oxşayırdım”. Hər oxşayan bəyəm Nəsimi ola bilər? Sədaqətsiz adamdı. Rasim, əruzu bilmək üçün sən 100 il yaşamalısan. Ayıbdır axı. Babək ola bilərsən, amma Nəsiminin qəliz qəzəllərini deyə bilməzsən”, – deyə İlqar Ələkbərov bildirib.

“Bir dəfə Zəlimxan Yaqub, Vasim Məmmədəliyev, akademik Fuad Qasımzadə Rasim Balayev, Əbdül Mahmudovla bir verilişdə idik. Rasim Balayev Əbdül Mahmudova dedi ki, “Nəsimidən ancaq bir qəzəl bilirəm. Allahu Əkbər, ey sənəm hüsnündə heyran olmuşam, Qövsi qüzehdir qaşların yayınə qurban olmuşam”.

Əli Fəhmi onun canını alırdı qəzəli düz deyə bilməyənə qədər. Çox adam deyir ki, Əli Fəhmi olmasaydı, “Nəsimi” filmi elə çıxmazdı. Fakt odur ki, öyrəndin, çıxdın rolunu ifa etdin. Ustadına kəm baxanın gözlərinə qan damar. Keçmiş alimlər sədaqətli olublar. Əkrəm Cəfər var idi. Ona deyəndə siz əruzun atasısınız. Deyirdi ki, Əli Fəhmidən sonra. Amma indi hamı çalışır ki, arxada qalanları tapdalasın”.

İ. Ələkbərov yazar İlqar Fəhmini də oğurluqda ittiham edib. O bildirib ki, “Fəhmi” təxəllüsü Mikayıl Müşfiq tərəfindən onun atasına verilib: “Bildiyimə görə zirəli balasıdır. Heç onunla üz-üzə gəlməmişəm. Gərək heç olmasa, gəlib halallıq istəyəydi. Bu təxəllüsü ona Mikayıl Müşfiq kimi adam vermişdi. Atam Müşfiqin xanımı Dilbər xanımla tələb yoldaşı idi, Tibb İnstitutunda oxuyurdular. Hər dəfə birinin evində yığışırmışlar. Bir gün də Müşfiqgildə yığışırlar. Müşfiq Əli Fəhmi ilə tanış olur, söhbət əsnasında dostlaşırlar. Ondan sora Müşfiq atama deyir ki, səndə Həzrəti Əli fəhmi, yəni hafizəsi var. İlqar Fəhmiyə deyəndə ki, bu təxəllüsü niyə götürmüsən? Deyir ki, bunu mənə nardaranlı Hacı Mail verib. Hacı Mail haranın dahisi oldu ki? Şeir yazandır da. Onun buna nə ixtiyarı vardı?”.  

İntiqam Valehoğlu
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır