Modern.az

İlqar Fəhmi təxəllüs oğurluğu ilə bağlı ittihamlara cavab verdi

İlqar Fəhmi təxəllüs oğurluğu ilə bağlı ittihamlara cavab verdi

30 Sentyabr 2013, 16:24

Şair-qəzəlxan, Əli Fəhminin oğlu İlqar Ələkbərov yazar İlqar Fəhmini təxəllüs oğurluqda ittiham edib. O bildirib ki, “Fəhmi” təxəllüsü Mikayıl Müşfiq tərəfindən onun atasına verilib. İ. Ələkbərov bildirib ki, İlqar Fəhmi həmin təxəllüsü götürərkən gərək heç olmasa, gəlib halallıq istəyəydi.

Qarşı tərəfin ittihamlarına cavab verən İlqar Fəhmi Modern.az-a bildirib ki, həmin təxəllüsü ona ağsaqqal qəzəlxanlar verib. Onun sözlərinə görə, təxəllüs seçimi sərbəstdir və o, qeydiyyatda olmur ki, kimdənsə icazə alınsın.

“Mən həmin təxəllüsü götürəndə heç Əli Fəhmini tanımırdım. Ağsaqqallar mənə məsləhət gördülər ki, onun rəhmətə getdiyi gün dünyaya gəldiyimdən Əli Fəminin adının yaddan çıxmaması üçün bu təxəllüsü sənə veririk. Ümumiyyətlə mən belə bir adamın olduğunu bilmirdim. Onun oğlunun olduğundan da xəbərsiz idim. İlk olaraq sizdən eşitdim. O adı yaşatmaq, unutdurmamaq üçün mənə “Fəhmi” təxəllüsü verildi. Bu təxəllüs  xoşum gəldi deyə onu qəbul etdim. Mərhum Əli Fəminin oğlu varsa, tapıb onunla söhbət edərəm. Burda elə bir problem yoxdur”-deyə İlqar Fəhmi bildirib.

Gültəkin ƏLƏSGƏR  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı