Modern.az

Almaniyanın yeganə türk naziri ölümlə hədələnir

Almaniyanın yeganə türk naziri ölümlə hədələnir

26 Aprel 2010, 10:08

Almaniyanın ilk türk qadın naziri Aygül Özkan ölümlə hədələnib. Modern.az xəbər verir ki, bu barədə Almaniyada nəşr olunan  “Bild Am Sonntag” qəzeti yazır. Son günlər Aşağı Saksoniya vilayətində sosial işlər, qadın, ailə və səhiyyə naziri vəzifəsinə seçilmiş Aygül Özkan ölümlə təhdid olunur.  “Cəzur dərzi qızı” başlıqlı məqalədə  türk nazirin gecə-gündüz 2 polis tərəfindən qorunduğunu yazır. “Özkan nazir vəzifəsinə təyin olunduqdan sonra radikal almanlardan ölümlə hədələnib”,-deyə qəzet qeyd edir. “Təəssüflər olsun ki, hələ də “siz burada qonaqsınız, burada sizə yer yox, cəmiyyətə qatılmayın”deyənlər var. Mən bu təhdidlərə boyun əyməyəcəm. Əks təqdirdə bu yola heç çıxmazdım”,-deyə cəsur türk naziri qəzetə verdiyi müsahibəsində bildirib. Ailəsinə çox şeydə borclu olduğunu deyən Aygıl 17 ildir türk ginekoloqla evli olduğunu və Sinan adında 7 yaşında bir oğlu olduğunu bildirib. Məlumata görə, Aygül Özkan aprelin 27-də Hannover şəhərində and içərək rəsmən nazir vəzifələrinin icrasına başlayacaq.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir