Modern.az

Tələbə yoldaşıma tabutda baxa bilmirdim - UTANIRDIM

Tələbə yoldaşıma tabutda baxa bilmirdim - UTANIRDIM

1 Oktyabr 2013, 15:53

Ədalət bizim qrupa əsgərlikdən gəlmişdi. Mehriban idi. Arxa sırada, mənim yanımda oturdu bir ildən artıq. Sərbəst şeirləri vardı, amma hər kəsə bildirməyə həvəsli deyildi. Heç onları dərc elətdirməyə də can atmırdı. Hardasa zavodda işləyirdi. Sonradan ixtisası üzrə işləməyə başladı. Ayaz Vəfalının böyük qızı Pərvanə bizimlə oxuyurdu, həm də mənimlə işləyirdi. Son dərəcə sakit bir qız idi. Ədalət nəşriyyata gəlib-getməyə başladı, amma başqa şöbəyə. Bir də eşitdik ki, nişanlanırlar. 1984-çü ildə deyəsən ailə qurdular. Pərvanəgil beş bacı idi, sonbeşik İftixar idi. Ədalətin onlara gəlməsini qəbul edə bilmirdi. İlk dəfə onlara gələndə ayaqqabılarına su tökmüşdü.
Evləri yox idi, uzun müddət kirayə qaldılar. İki övladı doğuldu, bir qız, bir oğlan. Bir gün yanıma gəldi, ev növbəsinin sənədlərini istədi, o vaxt “Baksovet”dən kömək elədilər, Mənzil Fondundan indi yaşadıqları evi aldılar. Pərvanənin deyəsən ata babası Sosialist Əməyi Qəhrəmanı idi. Bu aıləyə o zaman çox hörmət edirdilər. Ədalətin yoldaşı ancaq uşaqlarını böyütdü...

Bu gün ilk dəfə idi ki onlara gedirdim. Evi gördüm, televiziya ekranında onu ittiham eləyənlərə “gəlin gedək bizə, mənim evimə, görün orada necə yaşayıram" sözləri yadıma düşdü. Bax, bunu ona dedirdənlərin coxu ora gəlmişdi. Ədalət yaxşı ər, ata, ailə başcısı olub. Qızı Aytəkin “atam bizə həmişə bu şəkildəki kimi istehza ilə baxardı” kəlmələri məni düşündürdü.
Pərvanə tələbləri və iddiası böyük olan bir qız deyildi. Ondan nəyisə tələb eləməsinə inanmıram. O, susar və gözləyərdi. Yazıçılar Birliyinin söz-söhbətinə görə narahatlıq keçirər, üzə vurmazdı. Ədalət həyatda ailə səadətini görən insanlardan idi. O darısqal mənzildə xoşbəxt yaşadı. Yəqin ki, ailəsinə qıymazdı, amma qəflətən getməyi...
Hər şey qəflətən olub, təcili yardım, Mərkəzi Klinikadan da gəliblər. Qurtara bilməyiblər. Mən orda tələbə yoldaşlarımı da görmədim, hətta onunla bir məhlədə yaşayan Arifi də.
Yəni eşitməyiblər? Qadını gərək nəyin gücünə olur-olsun tam qayğı ilə əhatə eləməyəsən. Uşaqları ailəlidir, Pərvanənin bundan sonra necə yaşayacağını düşünürəm. Nə yaşı vardı ki... İtirdiyim ilk tələbə yoldaşımdı, ona tabutda baxa bilmirdim. Utanırdım... Biri-birimizin ətini yediyimizə görə. Bələd olmadan mühakimə və ittiham elədiyimizə görə...

Sevda MEHRƏLİ

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?