Modern.az

Azərbaycanın QHT rəhbəri Avropa səfərindən qayıdıb

Azərbaycanın QHT rəhbəri Avropa səfərindən qayıdıb

26 Aprel 2010, 11:29

Azərbaycanın “Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyinin sədri Nərgiz Kərimova Yunanıstan və Türkiyədən səfərdən qayıdıb. Bu barədə açıqlama verən N.Kərimovanın sözlərinə görə, səfər UNİCEF-in prezidenti, Yunanınstanın birinci xanımı Marianna Vardinoyannis  və dünyada məşhur olan "Elpido" Fondunun dəvəti ilə baş tutub: “Səfər zamanı rəhbərlik etdiyim təşkilatla bu ölkənin QHT-ləri arasında əməkdaşlıq əlaqələri müzakirə olundu. Bu ölkənin birinci xanımı bizim uşaqlarla bağlı layihələrimizə dəstək verəcəyini bildirdi. Bizim adı çəkilən fondda, uşaq evlərində görüşlərimiz oldu, Azərbaycan nümayəndə heyəti olaraq hədiyyələrimizi həmin uşaq evlərinə təqdim etdik. Eyni zamanda tədbir zamanı Azərbaycanla bağlı o qədər müsbət fikirlər səsləndirildi ki, mən bundan qürur hissi keçirdim və bir daha fəxr etdim ki, azərbaycanlıyam. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğı ilə bağlı tədbir iştirakçılarının ətraflı məlumata malik olmaları sevindirici bir hal idi”.

Nərgiz Kərimovanın sözlərinə görə, Türkiyə səfəri də uğurlu olub. Belə ki, səfər bu ölkənin “Tofd” Əlillər Dərnəyinin təşəbbüsü ilə baş tutub. Səfər zamanı dərnəyin rəhbəri Ramazan Başla görüşdə müzakirələr aparılıb və Bakıda əlil uşaqlarla bağlı konfransın keçirilməsi barədə razılıq əldə olunub: “Azərbaycanda fiziki cəhətdən qüsurlu uşaqlarla bağlı reablitasiya mərkəzlərinin sayının artırılmasına ehtiyac var. Çünki hazırda Azərbaycanda reablitasiya cox aşağı dərəcədədir. Hesab edirəm ki, biz dövlətimizlə əl-ələ verib bu sahədə ciddi addımlar atmalıyıq”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı