Modern.az

“Dədə Camal Məclisi”nin toplantısı keçirilib

“Dədə Camal Məclisi”nin toplantısı keçirilib

26 Aprel 2010, 13:09

“Borçalı” İctimai Cəmiyyətinin “Gürcüstan türkləri və Türk dünyası” mövzusuna həsr olunmuş sayca 10-cu “Dədə Camal Məclisi” keçirilib. 

Modern.az xəbər verir ki, məclisdə dövlət himni səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli çıxış edib. O, qeyd edib ki, “harada türkün problemi varsa o hamımızın problemidir. Düşüncəmizə görə necə ki Borçalı problemi yalnız borçalıların deyil, bütün türk dünyasının problemidir, o dərəcədə də kərkük və ya axıskalıların və ya Türküyəyə qarşı yönələn basqılar hər bir türkə qarşı yönələn basqı kimi qavranılmalıdır”.

Məclisin rəsmi hissəsində Axısqa  Türklərinin “Vətən” Cəmiyyətinin sədri İbrahim Burhanov, Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşı Yunus Yılmaz, Tatarıstan Respublikasının nümayəndəsi Aydın bəy,  Azərbaycanın Türkiyədəki sabiq konsulu Abbas Abdulla, millət vəkili, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı, İstanbulda Azərbaycan dayanışma dərnəyinin rəsmisi Zəfər bəy, Kərküklü Seyfəddin Çaxmaqçı, akademik Cəlal Allahverdiyev və başqaları mövzu ətrafında çıxış edərək təkliflər irəli sürüblər. Rəsmi hissənin sonunda “Borçalı” Cəmiyyətinin sədr müavini Ramiz Həsənov ümumiləşdirilmiş  bəyanat layihəsini məclis iştirakçılarının nəzərinə çatdırıb və bəyanat yekdilliklə  qəbul olunub.

Bəyanatdə deyilir ki, türk xalqlarının dünya çapında ümumbəşəri və sosial-milli ədalət uğrunda biriliyi həm də dünyanın ermənizm kimi epidemiyasından xilası üçün zəruri və gərəklidir.

Bədii hissədə Şəmistan Əlizamanlının “Nuru Paşa” marşı, Nuriyyə Hüseynova ilə birgə dueti, “Savalan” musiqi qrupunun, Tatarıstan “Yaratıqız” estrada ansamblının, Kərküklü  folklorşünas, bəstəkar, musiqiçi Seyfəddin Çakmakçının və aşıqların ifaları dinlənilib. 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər