Modern.az

Erməni deputat prezident Sərkisyanı AŞPA-da biabır etdi, ona qumarbaz dedi

Erməni deputat prezident Sərkisyanı AŞPA-da biabır etdi, ona qumarbaz dedi

2 Oktyabr 2013, 23:30

/file/articles/2013/10/02/91824.jpg
Ermənistan prezidenti Serj Sərkisyan Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında çıxış edərkən ona Dağlıq Qarabağ, Gömrük İttifaqı kimi məsələlər barədə suallar ünvanlayıb. Ermənistanın öz deputatı isə Serj Sərkisyanı qumar oynamaqda ittiham edib.

Modern.az ”BBC Azərbaycanca”ya istinadən bildirir ki, Ermənistan parlamentinin nümayəndəsi, AŞPA üzvü xanım Postanjyan onu Ermənistan xalqının səslərini oğurlayaraq prezident seçilməkdə ittiham edib.

"Ona görə də siz erməni xalqının iradəsini və hakimiyyətini təmsil edə bilməzsiniz", deyə deputat qeyd edib.

O həmçinin Sərkisyanı qumar oynamaqda ittiham edib.

"Sən (kazinoda) 70 milyon avro uduzmusan. Uduzduğun pulları kim ödəyib", deyə sual edib.

Serj Sərkisyan xanım Postanjyana deyib ki, onun təmsil edən partiyanın namizədini seçkilərdə qalib gəlmək üçün kifayət qədər keyfiyyətləri olmayıb.

O həmçinin Avropada heç bir kazinoya getmədiyini deyib. "Mən kazinolarda qumar oynamıram", prezident deyib.

"Təəssüf ki, mənim 70 milyon avrom yoxdu. Olsaydı, mən onun bir hissəsini sizə verərdim, siz də həyatınızda xoşbəxt olardınız və içinizdə belə pislik gəzdirməzdiniz", deyə Ermənistan prezidenti bildirib.

Ermənistan bu ilin may ayından Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edir. Ermənistanın sədrliyi noyabra qədər davam edəcək.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir