Modern.az

Deputatlar və jurnalistlər qan verməyə çağrıldı

Deputatlar və jurnalistlər qan verməyə çağrıldı

26 Aprel 2010, 13:21

Modern.az saytı xəbər verir ki, Parlament Jurnalistləri Birliyinin (PJB) təşəbbüsü və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin dəstəyi ilə mayın 8-i saat 10.00-da Şuşanın işğalının 18-ci ildönumu günündə Elmi Texniki Hemotologiya və Qanköçürmə İnstitutunda qanvermə aksiyası keçiriləcək.    

Bu barədə PJB sədri Elşad Eyvazlı məlumat verib. Onun sözlərinə görə, aksiyada iştirak etmək üçün millət vəkillərinə və bütövlükdə ölkə mediasına müraciət ediblər: “Hesab edirik ki, həm deputatlarımız, həm də jurnalist həmkarlarımız hər gün ölkə mediasını izləyirlər. Odur ki, onlara ayrıca olaraq yazılı şəkildə müraciət olunmayacaq. Mətbuatda yer alan müraciəti deputatlarımız və jurnalistlərimiz hər biri özlərinə ünvanlanan  dəvətnamə kimi də qəbul edə bilərlər. Bu gün Azərbaycanda da qan azlığından xeyli əziyyət çəkənlərimiz var. Bu mənda bu aksiya insanlıq baxımından gərəklidir. Bundan başqa, məhz Şuşanın ışğalı ğünü belə bir aksiyanın keçirilməsi mühüm əhəmiyyətə malıkdir. Əminik ki, həm deputatlarımız, həm də jurnalistlər bu kampaniyada fəal iştırak edəcəklər”.

 

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir