Modern.az

“Şagird İnkişaf Komitəsi” regionlarda işləyir

“Şagird İnkişaf Komitəsi” regionlarda işləyir

27 Aprel 2010, 14:42

Gənclər üçün Təhsil Mərkəzi ötən ilin əvvəlindən başladığı “Şagird İnkişaf Komitəsi konsepsiyası” layihəsinin növbəti mərhələsinə başlayıb. Mərkəzdən Modern.az-a bildirlib ki, əsas məqsədi şagirdlərin təhsilə marağının artırılması, təhsildən yayınan şagirdlərin məktəbə cəlb olunması, onların asudə vaxtının səmərəli təşkil olunması, ictimai aktivliklərinin artırılması və vətəndaş cəmiyyətinin inkişafı prosesinə qatılmalarını təşviq etmək olan layihə Füzuli rayonu Qayıdış qəsəbəsində icra olunur.

Layihə Açıq Cəmiyyət İnstitutunun Budapeşt ofisinin Təhsilə Dəstək Proqramının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin effektiv icra edilməsi, eləcə də Komitənin işinin səmərəli təşkili məqsədilə Füzuli rayon Qayıdış qəsəbəsinin 4 saylı məktəbində xüsusi yer ayrılıb. Buraya zəruri texniki avadanlıqlar, xüsusilə də ofis və kompyuter avadanlıqları təqdim edilib.

2 ilə yaxın müddətdir ki, Komitə Füzuli rayonunda şagirdlər üçün müxtəlif təlim proqramları və kurslar tədris edir, müəllim-valideyn münasibətlərinin inkişaf etdirilməsinə, məktəb və şagird əlaqələrinin möhkəmləndirilməsinə dəstək verir, müxtəlif nəşrlər hazırlayır, festival və müsabiqələr, tanınmış ziyalılarla məktəblilərin görüşlərini keçirir.

Hazırda Komitədə layihənin yeni mərhələsinə, valideynlərlə iş, qazanılmış təcrübənin digər regionlara ötürülməsinə və yeni əməkdaşlıqların qurulması prosesinə başlamışdır. Belə ki, bu mərhələdə valideynlərin Komitənin işində yaxından iştirak etməsi və bunun üçün xüsusi tədbirlərin həyata keçirilməsi, əldə olunmuş uğurların digər regionlarda davam etdirilməsi nəzərdə tutulur. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi